Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Sosial həyat

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Bu barədə nazirlikdən verilən məlumata görə, son bir həftədə paytaxt və regionlarda 200-dək işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib. Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslər ilk mərhələdə təlimlərə cəlb olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

"Respublika".