Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunub
Səhiyyə

Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunub

Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunub

"Respublika" xəbər verir ki, Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb. 59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat xəstəxananın travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib.

Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.