Seçicilər fəaldır
Gündəm

Seçicilər fəaldır

“Hal-hazırda sədrlik etdiyim məntəqədə seçki fəallığı müşahidə olunur. Xırdalan şəhər sakinləri səhər saatlarından etibarən məntəqəyə gəlib öz namizədlərinə səs verirlər”.

Bu sözləri “Respublika”ya açıqlamasında 48 saylı Abşeron birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsinin sədri Əsli Mustafayeva deyib.

Məntəqə sədri qeyd edib ki, müşahidəçi qismində müxtəlif partiyalardan nümayəndəliklər və öz təşəbbüsü ilə seçkini izləyənlər var. O, həmçinin bildirib ki, 1141 seçicidən heç kim daşınan qutu üçün müraciət etməyib.

Musa Bağırlı.

“Respublika”.