SOCAR-ın “Azəriqaz” İB qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Digər xəbərlər

SOCAR-ın “Azəriqaz” İB qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi 15-19 iyun tarixlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Əsasən Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

"Respublika" xəbər verir ki, bu barədə "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında 15-19 iyun, Qaradağ xidmət sahəsində 15-17 iyun, Xəzər 18-19 iyun tarixlərində saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər. Əlavə olaraq onu da qeyd etmək istəyirik ki, “ASAN Kommunal” mərkəzləri 18 iyun tarixindən tam şəkildə fəaliyyətinə davam edəcək.