Polşanın Varşava şəhərində keçirilən minifutbol üzrə Avropa Çempionlar Liqası başa çatıb.
"Respublika" xəbər verir ki, turnirdə ölkəmizi “Birbaşa Bakı” və “Aznur” komandaları təmsil edib. “Aznur” kollektivi qrup mərhələsini uğurla adlasa da 1/8 finalda mübarizəni dayandırıb.
Digər təmsilçimiz “Birbaşa Bakı” isə bütün rəqiblərindən üstün olaraq Çempionlar Liqasının baş mükafatını qazanıb. Komandanın üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı futbolçusu seçilib.