“The Guardian”: COP29 çərçivəsində Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə maliyyə məsələsinə üstünlük verir
Diaspora

“The Guardian”: COP29 çərçivəsində Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə maliyyə məsələsinə üstünlük verir

Böyük Britaniyanın məşhur nəşri “The Guardian” bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat yayımlayıb. Məlumatda iqlim dəyişmələri ilə mübarizədə maliyyə məsələsinin COP29-un əsas mövzularından olduğu vurğulanıb. Bildirilib ki, maliyyə institutları bu mövzunun noyabrda Azərbaycanda geniş müzakirə olunmasında maraqlıdırlar. Eyni zamanda donor ölkələrin inkişafda olan ada dövlətlərinə, zəif inkişaf etmiş ölkələrə maliyyə yardımlarının mümkün qədər artırmasının vacibliyi də vurğulanıb. Yazıda, həmçinin qeyd olunub ki, əsasən neft və qaz ölkəsi kimi tanınan Azərbaycan bərpaolunan enerji sahəsinə də diqqət ayırır.

Nəzrin ELDARQIZI,

“Respublika”.