Ümummilli liderə həsr olunmuş tədbir
Region

Ümummilli liderə həsr olunmuş tədbir

Yevlax

Yevlax Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Heydər Əliyev şəxsiyyəti: Vətənə və xalqa xidmət nümunəsi” mövzusunda keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova, Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fazil İsmayılov, ictimaiyyət nümayəndələri, səhiyyə işçiləri və gənclər iştirak ediblər.

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan zamanın dahisi Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür.

Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fazil İsmayılov ümummilli lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən geniş bəhs edib.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır.

Zabit XƏLİLOV,

“Respublika”.