UNEC-də “Eko Dilçilik” mövzusunda Xarici Dil Müəllimlərinin II Beynəlxalq Forumu keçirilib
Digər xəbərlər

UNEC-də “Eko Dilçilik” mövzusunda Xarici Dil Müəllimlərinin II Beynəlxalq Forumu keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Britaniya Konsulluğunun (British Council) dəstəyi ilə “Eko Dilçilik” mövzusunda Xarici Dil Müəllimlərinin II Beynəlxalq Forumu (IFFT)-2024 keçirilib.

Bakı Konqres Mərkəzində təşkil olunan beynəlxalq forumun açılışında UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, forum “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub və “Yaşıl UNEC” ili çərçivəsində təşkil olunan növbəti beynəlxalq tədbirdir. Rektor COP29-da qlobal səviyyədə ekomüzakirələrin aparılacağına diqqət çəkərək, dilçilik sahəsində ekoloji forumun keçirilməsinin və ekolinqvistika məfhumunun Azərbaycan dili sahəsinə töhfə olacağını qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld UNEC-in Britaniya Konsulluğu ilə əməkdaşlığının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edərək, keçirilən forumun dilçilik sahəsi üçün önəmli rol oynadığını bildirib. Səfir dünyada baş verən ekoloji problemlərə toxunaraq, dilçiliklə bağlı ekoforumun təşkil olunmasını yüksək qiymətləndirib və ekosistemin bütün sahələrdə qorunmasının önəmini vurğulayıb.

UNEC-in Xarici Dillər Departamentinin direktoru, dos. Aysel Xəlilovanın moderatorluğu ilə keçirilən tədbirin açılışı Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru, professor Mahirə Hüseynova və Britaniya Konsulluğunun İmtahan Xidmətləri meneceri Nərgiz Əkbərovanın mövzu ilə bağlı maraqlı çıxışları ilə davam edib.

400-dən çox iştirakçının qatıldığı forumun ikinci hissəsində dilçilik və ətraf mühitin öyrənilməsi sahələri ilə bağlı təqdimatlar olub.

“Respublika”.