Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge meymunçiçəyi epidemiyasının yeni COVID-19 olmadığını deyib.
"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, o, səlahiyyətlilərim virusun yayılmasına necə nəzarət edəcəyini açıq şəkildə bildiyini, virusa nəzarət vasitələri haqqında çox şeyin məlum olduğunu deyib. Ekspert bildirib ki, vaksinlərin ən çox ehtiyac duyulan ərazilərə çatdırılması kimi tədbirlərlə virusun qarşısı alına bilər.
Klüge deyib ki, regionlarda və qitələrdə meymunçiçəyi ilə bağlı birlikdə mübarizə aparmaq lazımdır və bu virusun qarşını almaq mümkündür.