Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
İdman

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) "Respublika"ya bildiriblər ki, aprelin 24-dən 27-dək Bakı Su İdman sarayında təşkil olunacaq yarışda 3-cü idman dərəcəsi olan üzgüçülər iştirak edəcəklər.

Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafəyə sərbəst üsulla, 50,100, 200 metr məsafəyə arxası üstə, brass və batterflay üsulu ilə üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, AÜF-ün Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-yə yaxın müxtəlif klubun və idman cəmiyyətinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa, ölkənin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacağı nəzərdə tutulur. Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.

Turnir Gənclər və İdman Nazirliyi, AÜF və Bakı Su İdmanı sarayının birgə təşkilatçılığı və dəstəyi ilə baş tutacaq.