Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
CƏMİYYƏT

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

May ayının 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti barədə məlumat verib.

İclasın gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından daxil olan müraciətlərə, xarici dövlətlərin Vəkillər kollegiyalarına üzv olmaq istəyən hüquqşünaslara onların ölkəmizdə vəkilliyə qəbul olunmaları üçün tələblərə cavab vermələri barədə arayışlara rüsumun tətbiq edilməsi məsələsinə baxılaraq müsbət qərarlar çıxarılıb.

Sonra iclasda ARVK-nın cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsi üzrə səlahiyyətli məsul şəxsinin müəyyən edilməsi qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə və Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

“Respublika”.