“Vestnik Kavkaza”: “Azərbaycanın İrandakı səfirliyinin yeni ünvanı olacaq”
Siyasət

“Vestnik Kavkaza”: “Azərbaycanın İrandakı səfirliyinin yeni ünvanı olacaq”

Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.

“Vestnik Kavkaza” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ölkəmizin İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualını cavablandırarkən deyib.

XİN sözçüsü vurğulayıb ki, hazırda həmin məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür: “Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.

Tacir SADIQOV,

“Respublika”.