“Vestnik Kavkaza”: “Cəbrayıl rayonuna 3 mindən çox insan köçəcək”
CƏMİYYƏT

“Vestnik Kavkaza”: “Cəbrayıl rayonuna 3 mindən çox insan köçəcək”

Azərbaycanın 2020-ci ildə işğaldan azad etdiyi Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinə birinci mərhələdə ümumilikdə 3193 sakin köçürüləcək.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə qonşu ölkənin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.

Tacir SADIQOV,

“Respublika”.