İtaliyanın Siciliya adasındakı Etna vulkanında müşahidə olunan fəallıq səbəbindən Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuşlar ləğv edilib.
"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, vulkanik kül dumanı aeroportun uçuş-enmə zolağını yararsız hala salıb.
Kataniya hava limanını idarə edən SAC şirkəti aeroportun avqustun 15-i axşam saatlarına qədər bağlı olacağı barədə sərnişinləri məlumatlandırıb. Bildirilib ki, uçuş-enmə infrastrukturları yararlı vəziyyətə gətirildikdən sonra əməliyyatlar bərpa olunacaq.
Hündürlüyü təxminən 3330 metr olan Etna Avropanın ən aktiv vulkanıdır. Etnada son aylarda vulkanik aktivlik müşahidə edilir.