XİN: Azərbaycan
Siyasət

XİN: Azərbaycan "Vahid Çin" siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır

Cari il yanvarın 13-də Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası "Vahid Çin" siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Tayvanda keçirilmiş seçkilər və Tayvan administrasiyasının rəhbərinin fəaliyyətə başlaması ilə bağlı Azərbaycan XİN-in mövqeyi ilə bağlı yerli medianın sualına cavabında deyib.