Azərbaycanda olan hadisələr
1992 – Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurub.
Dünyada olan hadisələr
1297 – Şotlandiyanın azadlığı uğrunda birinci müharibədə Stirlinq Döyüşü. Döyüş Uilyam Uollesin (William Wallace) komandanlığı altında olan şotlandiyalıların qələbəsi ilə başa çatıb.
1526 – Osmanlı Ordusunun qoşunları Macarıstan Krallığının paytaxtı Budinə girib.
1697 – Zenta Döyüşündə Avstiya ordusu Osmanlı ordusunu məğlub edib.
1777 – Brandivayn Döyüşü. Filadelfiya kompaniyasında ingilis qoşunları amerikalıları məğlub edib
1852 – Buenos-Ayres Argentinadan müstəqilliyini elan edib.
1855 – Osmanlı Ordusu müttəfiqləri ilə birlikdə Sevastopola girib.
1881 – İsveçdə yer sürüşməsi nəticəsində 1200-ə yaxın insan həlak olub.
1882 – Rusiyada ilk özəl teatr Moskvada açılıb.
1888 – Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazılmışdır.
1914 – Rusiya Ordusu Avstriya-Macarıstan üzərində qələbə çalıb.
1918 – Rusiyada Xalq Komissarları Sovetinin Fərmanı ilə Metrik ölçü və çəki sistemi tətbiq edilib.
1919 – Amerika dəniz piyadaları Hondurası işğal edib.
1919 – Sivas Konqresinin son günündə Anadolu və Rumeli Müdafiə Hüquq Cəmiyyəti qurulub.
1919 – Sivas Konqresinin 8-ci Ümumi Yığıncağında “İrâde-i Milliye” adlı qəzetin nəşr olunmasına qərar verilib.
1922 – Türk Qurtuluş Savaşı: Türk Ordusu Yunanıstanın işğalı altında Bursaya girib.
1923 – Mustafa Kamal Xalq Partiyasının sədri seçilib.
1926 – Ankara avtomatik telefon stansiyası istifadəyə verilib.
1926 – İtaliya lideri Benito Mussoliniyə qarşı uğursuz sui-qəsd edilib.
1941 – Van Gölü və ətrafında zəlzələ nəticəsində: 194 nəfər ölüb, 36 kənd tamamilə dağılıb.
1944 – Türkiyə gələ biləcək qaçqınlara qarşı sərhədlərini bağlayıb.
1944 – İkinci dünya müharibəsində ABŞ qoşunları müttəfiq qoşunları arasında ilk olaraq Almaniya ərazisinə daxil olub.
1948 – Pakistan general-qubernatoru, ölkənin qurucu şəxsiyyəti Məhəmməd Əli Cinnah vəfat edib.
1954 – Ankarada "Kipr Türkdür Komitəsi" qurulub.
1957 – SSRİ Ali Soveti Rəyasət Heyəti, partiya liderlərinin adlarının sağ olduqları müddətdə şəhərlərə və fabriklərə verilməsini dayandırmaq qərarına gəlib.
1957 – Güclü yağış Ankarada daşqına səbəb olub. 133 nəfər daşqın nəticəsində ölüb.
1962 – Rəsmi Moskva Kennediyə Kuba barədə xəbərdarlıq edib (Karib böhranının ilkin əlaməti).
1970 – Sovet İttifaqı rəhbəri Nikita Xruşşov vəfat edib.
1973 – Çilidə CIA (MKİ) tərəfindən maliyyələşdirilən hərbi çevriliş baş verib. Prezident Alyendenin intihar etməsi və general Pinoçetin hakimiyyətə gəlməsi ilə Cybersyn layihəsi dayandırılıb.
1980 – Çilidə keçirilən referendumda general Auqusto Pinoçetin prezidentlik dövrü səkkiz il uzadılıb.
1986 – Polşada bütün siyasi məhbusların sərbəst buraxıldığı elan edilib.
1988 – Estoniyada Eston dili dövlət dili elan edilib.
1990 – ABŞ Prezidenti Corc Buş, Küveyt böhranı ilə bağlı xalqa etdiyi televiziya çıxışında Soyuq Müharibə bitdikdən sonra ilk dəfə "Yeni Dünya Düzəni" ifadəsini işlədib.
1991 – Continental Express şirkətinin Embraer EMB 120 Brasilia təyyarəsinin Texasda qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.
1994 – İnqilabçı-Sol təşkilatının qaçaq lideri Dursun Karataş Fransada tutulub.
1994 – İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsi “Cumhuriyet” qəzetini bağlayıb. Qəzetin terrorla mübarizə qanunu pozaraq nəşr etdiyi iddia edilib.
1997 – Referendumda Şotlandiya əhalisinin əksəriyyəti Londondan asılı olmayan bir Şotlandiya parlamenti yaratmaq fikrini təsdiqləib.
2001 – ABŞ-da 11 sentyabr terror aktı: Dünya Ticarət Mərkəzinin əkiz qüllələri və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumlarına məruz qalıb, 2 metro stansiyası yararsız hala düşüb. 2976 nəfər ölüb, 6291 nəfər yaralanıb.
2002 – ABŞ-da terror hücumlarının ildönümündə hava səyahətinə olan tələbatın az olması səbəbindən Amerika aviaşirkətləri 3000-dən çox uçuşu ləğv edib. Digər ölkələrdə də yüzlərlə uçuş təxirə salınıb. Bir sıra Amerika şirkətləri həmin gün mediada hər hansı bir reklam yerləşdirməkdən imtina ediblər.
2003 – Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilib.
2007 – Dünyanın ən güclü nüvə silahı Rusiya Federasiyasında sınaqdan keçirilib.
2008 – ABŞ Konqresində Cənubi Qafqazla bağlı dinləmələr keçirilib.
2008 – La-Manş tunelində yanğında onlarla insan xəsarət alıb.
2009 – Vladimir Voronin Moldova Prezidenti vəzifəsindən istefa verib.
2012 – İslam ölkələrində "Müsəlmanların məsumiyyəti" filminin nümayişi ilə əlaqədar etirazlar başlayıb.
2015 – Məkkədəki Əl-Haram məscidinə qüllə kranın aşması nəticəsində 107 adam ölüb.
Bayramlar və xüsusi günlər
- Pakistanda dövlətin qurucusu Məhəmməd Əli Cinnanın Milli Anım Günü.
- Çilidə 1973-cü il hərbi çevrilişinin ildönümü günü, Salvador Alylendenin Anım Günü.
- Efiopiya – Yeni il ərəfəsi (Enkutatash) [en].
Doğumlar
1700 – Ceyms Tomson, Şotlandiya şairi, məşhur "Rule Britain!" marşının müəllifi (ö. 1748).
1804 – Alexander Polejhaev (ö. 1838), rus şairi, tərcüməçi.
1816 – Karl Zeiss, alman mexanik və sahibkar, “Carl Zeiss” optik alətlər fabrikinin qurucusu (ö. 1888).
1845 – Jan Moris Emil Bodo, fransız mühəndis və Bodo kodunun ixtiraçısı (ö. 1903).
1851 – İsmayıl Qaspıralı, məşhur pedaqoq, naşir və türkoloq (ö. 1914).
1877 – Alexander Arbuzov, sovet kimyaçısı, SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunun direktoru (ö. 1968).
1877 – James Jeans, ingilis astronomu, fizik, kosmogonik nəzəriyyənin müəllifi (ö. 1946).
1877 – Feliks Dzerjinski, rus inqilabçısı, Çekanın (OGPU) sədri (ö. 1926).
1913 – Muxtar Dadaşov, Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator (ö. 1998).
1934 – Qennadi Zaytsev, 1977-1988 və 1992-1995-ci illərdə "Alfa" xüsusi təyinatlılarının komandiri, Sovet İttifaqı Qəhrəmanı.
1937 – İosif Kobzon, pop müğənnisi (bariton) və ictimai xadim, SSRİ xalq artisti (ö. 2018).
1937 – Paola, Belçika Kraliçası (1993-2013), Kral II Albertin həyat yoldaşı.
1965 – Bəşər Əsəd, Suriyalı dövlət və siyasət xadimi, Suriya Prezidenti (2000-ci ildən).
1966 – İn-Qrid, müğənni.
1976 – Fidan Hacıyeva, opera müğənnisi, Azərbaycanın Xalq Artisti.