Azərbaycanda olan hadisələr
1826 – 1826-1828-ci illər Rus-Fars müharibəsində Şamxor (Şəmkir) döyüşü baş verib.
1918 – Bakı Qafqaz İslam Ordusu tərəfindən daşnak və eserlərdən azad olunaraq Azərbaycanın paytaxtı elan edilib.
2004 – Astanada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Köçəryan ilə təkbətək görüşü olub.
2008 – Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Dünyada olan hadisələr
533 – İmperator I Justinian tərəfindən göndərilən komandan Belisariusun komandanlığı altındakı Şərqi Roma İmperiyası ordusu Karfagenə girib.
1514 – Türk qoşunları Təbrizi (İran) ələ keçirib.
1776 – İngilis qoşunları Nyu-Yorku işğal edib. Amerikalı komandan Corc Vaşinqton əsir düşməkdən son anda qurtarıb.
1792 – Napoleon (Fransanın gələcək imperatoru) Ayaççoya gəlib və yenidən könüllülər taborunun komandiri olub.
1798 – İrlandiyanı ələ keçirməyə çalışan fransız qoşunları ingilislərə təslim olublar.
1805 – Rusiya Napoleona birinci müharibəni elan edib.
1812 – Napoleonun komandanlığı altında olan Fransa ordusu Moskva Kremlinə girib.
1821 – İspaniyanın Qvatemala, Honduras, Kosta Rika və Salvador koloniyaları müstəqilliklərini elan ediblər.
1830 – İngiltərədə Liverpul və Mançester arasında dünyanın ilk buxarla işləyən şəhərlərarası dəmir yolu xətti açılıb.
1843 – Qafqaz dağlıqlarının lideri Şamilin qoşunları Dağıstanda möhkəmləndirilmiş Belaxanı postunu alıb.
1847 – Amerika qüvvələri Meksikanın paytaxtı Mexiko şəhərini ələ keçirib.
1866 – II Aleksandrı öldürməyə çalışan rus terrorçu Dmitri Karakozov Sankt-Peterburqda asılıb.
1874 – Berndə (İsveçrə) dövlətlər arasında poçt mübadiləsini tənzimləyən qaydalar hazırlamaq üçün 22 ölkənin nümayəndələrini bir araya gətirən beynəlxalq poçt konqresi açılıb. Oktyabr ayında Ümumdünya Poçt İttifaqının yaradılması haqqında müqavilə imzalanıb.
1910 – Ağ millətçilər Cənubi Afrikada keçirilən ilk parlament seçkilərində qalib gəlib.
1916 – Dünya müharibələri tarixində tankların döyüşdə ilk istifadəsi olub. İngilislər Somme çayında Almanlara qarşı 49 ədəd Mk.1 tankı çıxarıblar.
1917 – “Forbs” jurnalının ilk sayı nəşr olunub.
1921 – Xalq Komissarları Şurası uşaqların sağlamlığının qorunması haqqında fərman imzalayıb.
1924 – Cənubi Bessarabiyada Rumıniyadan ayrılmaq və SSRİ-yə qoşulmaq tələbi ilə Tatarbunar qiyamı başlayıb.
1928 – İngilis mikrobioloq Alexander Fleminq penisilini əldə edib.
1930 – Hitler Avstriya vətəndaşı olduğu üçün Reyxstaqın üzvü olmaq hüququndan məhrum edilib.
1935 – Alman Yəhudiləri Nürnberq Qanunlarına əsasən vətəndaşlıqdan məhrum edilib.
1935 – Svastika Almaniyanın dövlət simvolu olub.
1941 – Nasistlər Kiyev yaxınlığında beş sovet ordusunun mühasirəsini tamamlayıblar.
1942 – İkinci dünya müharibəsi zamanı alman qoşunları Stalinqrada hücuma başlayıblar.
1944 – İkinci Dünya Müharibəsi əsnasında, Böyük Britaniya uğrunda döyüşün ən əhəmiyyətli günündə Kral Hərbi Hava Qüvvələri təyyarələri Luftwaffeyə aid 185 alman təyyarəsini vurub.
1946 – Bolqarıstan xalq respublikası elan edilib.
1949 – Konrad Adenauer Almaniya Federativ Respublikasının ilk kansleri olub.
1950 – Koreya Müharibəsi: ABŞ qüvvələri İnçxona Desant Çıxarma Əməliyyatına başlayıb.
1956 – TU-104 turboreaktiv təyyarələrində müntəzəm sərnişin uçuşları başlayıb.
1959 – Nikita Xruşşovun ABŞ-a 13 günlük səfəri başlayıb.
1959 – Sovet atom gəmisi "Lenin" ilk səyahətinə çıxıb.
1963 – Əhməd Ben Bella Əlcəzairin ilk prezidenti olub.
1968 – Sovet kosmik stansiyası “Zond-5”, dünyada ilk olaraq Ay ətrafında dövrə vurub və sonra Yerə yumşaq eniş edib.
1973 – 27 yaşlı Karl XVI Qustav İsveç kralı olub.
1975 – Beyrutda xristianlarla müsəlmanlar arasında vətəndaş müharibəsi başlayıb.
1980 – Türkiyədə 12 Sentyabr Hərbi Çevrilişindən sonrakı günlərdə tətillər və lokavtlar ləğv edildi; işçilər işə qayıtdılar, bələdiyyə başçıları vəzifələrindən uzaqlaşdırılmağa başlandı və onların yerinə əsasən zabitlər təyin edildi. İnqilabçı Həmkarlar İttifaqları Konfederasiyası (DİSK), Milliyyətçi İşçi Sendikaları Konfederasiyası (MİSK) və Hak-İşin pulları banklarda bloklandı, həmkarlar ittifaqı rəhbərləri və iş yeri nümayəndələri təslim olmağa başladılar.
1981 – Kopenhagendə Türkiyə aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində iki nəfər yaralanıb. Polis ikinci partlayıcı qurğunu aşkar edib zərərsizləşdirə bilib. Terror aktına görə məsuliyyəti "altıncı erməni azadlıq ordusu" adlı terrorçu qrup öz üzərinə götürüb.
1981 – Alberta şəhərində (Kanada) dünyanın ən böyük (483 min kvadrat metr) ticarət mərkəzi açılıb.
1982 – İsrail ordusu Qərbi Beyrutu tutub.
1983 – SSRİ üzərində vurulan Koreya təyyarəsi ilə bağlı hadisəyə etiraz olaraq Kanadada Aeroflotun uçuşları qadağan edilib.
1993 – Maykl Cekson ilk dəfə Moskvada çıxış edib.
1993 – Estoniya qəbul edilən təhsil haqqında qanuna görə, Estonca olmayan bütün universitetlərin bağlanması təyin edilib.
1994 – Ukrayna Ali Radası Sevastopol Şəhər Şurasının şəhərin Rus statusu ilə bağlı qərarını ləğv edib.
1996 – Venesiyada İtaliya Şimal Liqası partiyası müstəqil Padovia (Şimali İtaliya) dövlətinin yaradıldığını elan etdi.
1997 – google.com domeni qeydiyyatdan keçib.
1997 – Tacikistanda Milli Barışıq Komissiyası işə başladı.
1999 – Çerkesskdə (Qaraçay-Çerkesiya) xalq məclisi Çerkes muxtariyyətinin yaradıldığını elan edib.
2000 – Çin arxeoloqları Çingiz xanın qəbrini tapıblar.
2000 – Sidneydə XXVII Yay Olimpiya Oyunlarının açılışı olub.
2001 – Ukrayna Baş Prokurorluğu ölkənin baş nazirinin keçmiş müavini Yuliya Timoşenko və onun ərinə qarşı irəli sürülən ittihamları ləğv edib.
2007 – Peruda müəmmalı bir meteorit düşüb.
2008 – Lehman Brothers bankı bankrot olduğunu elan edib, bununla da 2008-ci il Dünya İqtisadi Böhranı başlayıb.
2011 – Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin Moskvada təntənəli açılış mərasimi olub.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Demokratiya Günü.
- Beynəlxalq Lenfoma Məlumat Günü.
- Azərbaycanda Milli Bilik Günü.
- Qvatemalanın Müstəqillik Günü.
- Hondurasın Müstəqillik Günü.
- Hindistanda Milli Mühəndis Günü
- Kosta Rikanın Müstəqillik Günü.
- Qazaxıstan xalqlarının dilləri günü.
- Nikaraquanın Müstəqillik Günü.
- Salvadorun Müstəqillik Günü.
- Sloveniya Primoryesinin ölkəyə qayıdışı günü.
Doğumlar
53 – Mark Ulpiy Trayan, Roma imperatoru (98-117) (ö. 117).
601 – Ali bin Əbu Talib, 656-661-ci illərdə İslam Dövlətinin 4-cü İslam Xəlifəsi (ö. 661).
1254 – Marko Polo, italyan tacir və səyyah (ö. 1324).
1587 – Məhəmməd Bakir Mirzə, Səfəvi Şahzadəsi (ö. 1615).
1828 – Alexander Butlerov, rus kimyaçısı, üzvi kimya qurucusu (ö. 1886).
1830 – Porfirio Diaz, meksikalı dövlət xadimi, Meksika Prezidenti (1876, 1877-1880, 1884-1911) (ö. 1915).
1857 – Uilyam Taft, ABŞ-ın 27-ci prezidenti (1909-1913), Respublikaçılar Partiyasından (ö. 1930).
1876- Bruno Uolter, alman dirijoru, V.A.Motsart, L. van Bethoven əsərlərinin tərcüməçisi (ö. 1962).
1881 – Nuru Paşa Killigil, Türk sərkərdə, general-leytenant, Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakını erməni-bolşevik işğalçılardan azad edən şəxs (ö. 1949).
1881 – Ettore Buqatti, İtalyan-Fransız avtomobil istehsalçısı (ö. 1947).
1890 – Aqata Kristi, ingilis yazıçısı, detektiv kraliçası (ö. 1976).
1894 – Jan Renaur, fransız kinorejissor, aktyor, prodüser, ssenarist, Oskar mükafatçısı (ö. 1979).
1907 – Fey Rey, amerikalı aktrisa (filmlər "Doktor X", "King Kong" və s.) (ö. 2004).
1908 – Abdullah Əliş, tatar sovet yazıçısı, antifaşist (1944-cü ildə edam edilib).
1909 – Jean Batten, Yeni Zelandiyalı qadın pilot, 1930-cu illərdə tək uçuşların aralığına və sürətinə görə bir neçə dəfə dünya rekordu qırıb (ö. 1982).
1914 – Orhan Kamal, türk yazıçısı (ö. 1970).
1922 – Lətif İmanov, Azərbaycan sovet fiziki (ö. 1980).
1926 – Jan-Pyer Serr, fransız riyaziyyatçı, ən gənc Fields mükafatı laureatı.
1959 – Brilliant Dadaşova, Azərbaycan Respublikasının xalq artisti.
1959 – Xurşid Abdullayeva, pianoçu, klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2007).
1973 – Songül Karlı, türk xalq musiqisi sənətçisi və aparıcısı.
1984 – Şahzadə Harry, Uels Şahzadəsi Çarlzın və onun birinci arvadı Şahzadə Diananın oğlu, Böyük Britaniya Kraliçası II Yelizavetanın nəvəsi.