100 min şəxsə reabilitasiya xidməti göstərilib
Sosial həyat

100 min şəxsə reabilitasiya xidməti göstərilib

2018-2023-cü illərdə ölkəmizdə 231 min şəxsə əlillik təyin edilib və təyinatdan sonra onlara əlilliyə görə sosial ödənişlər təyin olunub. Bu barədə 26 may qurumdan verilən məlumatda bildirilir.

2018-ci ildən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb.

2018-2023-cü illərdə yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının genişləndirilməsi reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib. Bu dövrdə nazirliyin müəssisələrində 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 240 min reabilitasiya vasitəsi, o cümlədən 431 son nəsil yüksək texnologiyalı protez verilib.

“Respublika”.