150 min nəfərin danışdığı Korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir
Digər xəbərlər

150 min nəfərin danışdığı Korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir

Makron rejimi növbəti dəfə ədalətsizliklə gündəmə gəldi. Ölkə daxilində baş verən aksiyalar zamanı iştirakçılar Makronun istefasını tələb edirlər. Bununla yanaşı, uzun müddətdir ki, Fransadan azadlıq tələb edən Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi yerlilər üçün qəbuledilməz oldu.

Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin  Korsika fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Beynəlxalq hüququn kəskin şəkildə pozulduğu Korsikada milli azlıqların hüquqlarının pozulması dünya ictimaiyyəti tərəfindən səssizliklə qarşılanır. UNESCO-nun məlumatına görə, standart italyan dilinə yaxın olan təxminən 150 min nəfərin danışdığı Korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Qarabağdakı erməni azlığının hüquq azadlığının "qoruyucusu" olan Fransanın çirkin əməllərinə keçmişdə olduğu kimi, bu gün şahid oluruq. Fransa hər zaman total erməni maraqlarından çıxış edib. Bu dəfə rəsmi Paris erməni maraqlarını Qarabağda yaşayan azlıqlar üzərindən bir daha ifadə etməyə çalışır. Bu rəy isə ümumilikdə Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarının göstəricisidir.

Fransanın qəbul etdiyi qərar ümumilikdə bəzi Qərb dövlətlərinin ikili standartlarını bir daha təsdiq etdi. Fransa bu addımla beynəlxalq hüququn norma prinsiplərini kəskin şəkildə pozur. Dünyada milli azlıqların rolu diqqətdən yayınmamalıdır. Korsika kimi etnik kökənə sahib ərazilərdə maddi-mədəni irsin qorunmasının əksinə dağıdılmağa çalışılması qəbuledilən deyil. Napaleon Bonapartın vətəni bu gün təhlükə altındadır. Bundan əlavə, Fransanın dünyanın müxtəlif ərazilərində törətdiyi soyqırımlarına nəzər yetirdikdə Avropa Parlamenti Məhkəməsinin Korsika adasında etnik mənsubiyyətin yox olmasına gətirib çıxara biləcək bu addımı əngəlləməsi vacibdir. Bu məsələ Fransa başda olmaqla Avropa İttifaqı üçün maraqlı olmalıdır. Milli azlıqların hüquqlarının bərpa edilməsi üçün Fransa ilkin olaraq cəzalandırılmalı, korsikalılarla yanaşı, keçmiş dövrlərdə soyqırımı həyata keçirmiş millətlərin hüquqlarını da bərpa etməlidir. Milli azlıqlar məsələsi təkcə Fransanın yox, digər Avropa dövlətlərinin gündəliyində əsas yeri tutmalıdır ki, baş verə biləcək qanun pozuntusu zamanı müdaxilə asanlaşsın ədalətin bərpası üçün zəmin yaradılsın.

Bununla yanaşı, Fransa bu addımı ilə selektiv yanaşmasını bir daha nümayiş etdirdi. Azərbaycanın Qarabağdakı erməni azlığının guya hüquq azadlığının pozulduğunu bildirən Fransa bu gün Korsikaya qənim kəsilib. İfadə olunanın əksi olaraq Azərbaycan multietnik dövlət kimi milli azlıqların maddi-mədəni irsinə hörmətlə yanaşır konstitusion qaydada bunu təmin edir.

Nurlan ABDALOV,

"Respublika".