Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sensasiya doğuracaq tədqiqat: insanlar zəhərli ola bilərmi?

Zəhər anlayışı ilan, hörümçək, əqrəb kimi bir sıra heyvanlara məxsusdur. Müxtəlif dəstəyə, növə aid edilən heyvanların orqanizmində daima formalaşan, zəhər kimi tanınan xüsusi maddə insanların və digər canlıların həyatı üçün təhlükə doğurur. İnsanlar da bu canlılar kimi zəhər istehsal edə bilərmi? Elm adamları insanların da sürünənlər kimi zəhər istehsal etmək üçün “alət dəstinə”, bir molekulyar mexanizmə sahib olduqlarını iddia edirlər. Araşdırma əcdadlarımızda olan tüpürcək bezləri ilə əlaqəli çevik genlərin heyvanlarla müqayisədə 100 dəfə çox inkişaf etdiyini izah edir.

Yaponiyanın Okinava Elm və Texnologiya İnstitutunun təkamül genetikası üzrə mütəxəssisləri insanlarda tüpürcək bezləri olduğunu bilirdilər, lakin yeni araşdırma bu dəyişikliyin arxasındakı molekulyar mexanikanı ortaya qoyub.

Elm adamları tədqiqata “Tayvan habu” adlı qəhvəyi bir çuxur gürzəsinin genomunu araşdırmaqla başlayıblar.

Heyvanlarda olan zəhər genlərinin hansı genlə əlaqəli olduğunu bilirik. Təbii ki, bu zülallardan hazırlanan toksinlərdir. Təəccüblü deyil ki, insan tüpürcəyində də çox miqdarda protein istehsal olunur və bu da zəhərin əsas hissəsini təşkil edir. Başqa sözlə desək, hər məməli və sürünənlərdə zəhər sisteminin qurulduğu genetik faktor mövcuddur. Tüpürcəkdə ifraz olunan zülalların əsas hissəsini kallikreinlər təşkil edir. Kallikreinlər çox sabit zülal olduqları üçün mutasiyaya məruz qaldıqda fəaliyyətini dayandırır.

“Beləliklə, zəhəri daha ağrılı və ölümcül edən kallikreinlərin faydalı mutasiyalarını əldə etmək asandır. Kallikreinlər nəzəri cəhətdən insanlar üçün bir başlanğıc nöqtəsidir”-deyə araşdırma müəlliflərindən biri Agneesh Barua izah edib.

Məqalə “Live sciense” veb saytında yayımlanıb.

Almazlar ən dərin sirli zəlzələlərin açarı ola bilər

Dünyanın ən dərin zəlzələlərinin səbəbi əsrlər boyu elm üçün bir sirr olaraq qalmaqdadır. Lakin Carnegie Elm İnstitutunun alimlərindən ibarət bir qrup bu sirri açmağa nail olub.

“AGU Advances” jurnalında dərc olunan məqalədə planetin səthinin 300-700 kilometr dərinliyində baş verən dərin fokuslu zəlzələlərdə əsas rol oynadığına dair dəlillər təqdim olunub.

Əksər zəlzələlər Yer səthinə yaxın, təxminən 70 kilometrə qədər məsafədə baş verir. İki qaya bloku arasındakı parçalanma maddələri rəqsi hərəkətə gətirən elastik dalğaların yaranmasına səbəb olur.

Bununla birlikdə Yerin dərinliklərindəki sıx təzyiqlər sürüşmənin meydana gəlməsinə təkan verir və yüksək temperatur suxurlarda dəyişkən gərginliyə qarşı deformasiya qabiliyyətini artırır. Nəzəri cəhətdən çətin olsa da, mütəxəssislər 1920-ci illərdən bəri səthdən 300 kilometr dərinlikdə baş verən zəlzələlərin yaranma səbəbini araşdırıblar.

Komanda heyəti dərin fokuslu zəlzələlərin su və digər mayelərin təsiri ilə yarana biləcəyini düşünür. Ən başlıcası isə, onlara bu kəşfdə yerin dərin qatlarında yaranan almaz yataqları ipucları verib. Belə ki, ən dərin zəlzələlərin baş verdiyi ərazilərdə almaz yataqları tapılıb. Almazların mayelərdən əmələgəlmə səbəbi mütəxəssisləri bu ixtiraya daha da yaxınlaşdırıb.

“Almazın mayedən əmələ gəlməsi bizə məlum idi. Deməli harada almaz varsa, orada maye də var. Seysmologiya cəmiyyəti bu qədər dərində suyun olma ehtimalından uzaqlaşmışdı. Bu araşdırmada bizə köməyi dəyən almaz petroloqlarına minnətdarıq və beləcə, bütün dəlillərin yardımı ilə dərin zəlzələlərə suyun səbəb olduğunu öyrənmiş olduq”.

Yarasalar kimi altıncı hissə sahib ola bilərik

İnsanlar müəyyən məhdud hisslərilə bəzi canlılardan seçilir. Köpəklər qədər yaxşı qoxu ala bilməmək, mantis xərçənglərinin gözündəki kimi 12 rəng reseptorların olmaması, dəniz tısbağaları tək Yerin maqnit sahəsini naviqasiya üçün istifadə etmək bacarığının məhdudluğu insanları bu cür canlılardan fərqləndirir. Ancaq, tezliklə insanlar yarasalar kimi exolakasiya bacarığına sahib ola bilər.

Yaponiyalı alimlər insanların müxtəlif obyektlərin formasını və fırlanmasını müəyyən etmək üçün exolakasiya, yaxud səs vasitəsilə obyektləri tapmaq qabiliyyətinə sahib ola biləcəklərini iddia edirlər. Bu yenilik insanlara qaranlıqda yarasalar kimi görmə imkanı verəcək.

Yarasalarda yaxşı eşitmə, dərisi vasitəsilə hissetmə qabiliyyəti var və exolakasiya bacarığı yaxşı inkişaf edib. Onlar getdikləri yerə müxtəlif səs dalğaları buraxır.

“Səslərdən istifadə edərək ətraf mühiti yarasalar kimi hissetmə qabiliyyətini necə əldə edəcəyimizi araşdırmaq insan beyninin elastikliyini daha dərindən anlamağa gətirib çıxarır”-deyə Osaka şəhərindəki İnformasiya və Sinir Şəbəkələri Mərkəzinin tədqiqatçısı Moloa Sumiya bildirib.

Mütəxəssislər bir nəzəriyyəni sınaqdan keçiriblər. Onlar iştirakçılara bir cüt qulaqlıq və iki fərqli tablet veriblər, biri sintetik exolakasiya yaratmaq, digəri isə qeydə alınan səsləri dinləmək üçün. Sintetik exolakasiyaya insanların dinləyə bilməyəcəkləri 41 KHz tezlikli siqnallar daxil edilib. İştirakçılardan eşitdikləri müəyyən obyektlərin səsini və formasını təsvir etmələri istənilib. Sonda iştirakçılar exolakasiya siqnallarından istifadə edərək, obyektlərin quruluşunu, səsini müəyyən edə biliblər. Gələcəkdə mühəndislər bu texnologiyanı görmə əngəlli insanlar üçün geyilə bilən əşyalara, məsələn, saatlara və eynəklərə daxil edəcəklərini düşünürlər.  

İnsanlarla heyvanlar arasında ünsiyyət qurmaq üçün bioloji əlaqə

Bəzi heyvanlar insanlarla ünsiyyət qurma bacarıqlarına görə, “insanın ən yaxın dostu” adını qazanıblar. Bu qəbildən olan heyvanlara atları, köpəkləri və pişikləri aid etmək olar. Arizona Universitetinin tədqiqatçılarının “Current Biology” jurnalında nəşr olunan araşdırmalarında heyvanlarda bu bacarığın doğuşdan qısa müddət sonra mövcud ola biləcəyi iddia edilir. Bundan əlavə, köpəklərdə jestlərlə daha yaxşı performans göstərmə bacarığı da aşkar edilmişdir.

“Bu cür sosial bacarıqların köpəklərdə çox erkən olduğuna dair dəlillər var idi. Bununla yanaşı, heyvanların insanlarla qarşılıqlı əlaqə qurma bağlantısının bioloji əlaqələrini araşdırdıq”-deyə Sosial və Davranış Elmləri Kollecinin tədqiqatçısı Emily Bray söyləyib.

Emily son 12 il ərzində Californiya Based Canihe Companians qurumu ilə əməkdaşlıq edərək fiziki qüsurlu müştərilərə xidmət göstərən köpəklərlə bağlı araşdırma aparmışdır. Mütəxəssislər qrupu heyvanlarda irsi genləri araşdırmaqla onların insanlarla göz təması qurma bacarıqlarını da öyrəniblər.

“Yeni doğulmuş köpəklərin insanlarla ünsiyyət qurmasını təmin etmək daha asandır. Bu, dil açmaqda olan insan övladının danışmasına bənzəyir və potensial olaraq bənzər bir hekayədir. Heyvanlarda insanlara xas irsi həssaslığın olması gələcək araşdırmalarımızda nailiyyətlər əldə edəcəyimizə ümid verir”-deyə tədqiqatın həmmüəllifi Evan Maslean izah edib.

Mütəxəssislərin növbəti addımı köpəklərin insanlarla ünsiyyət qurma qabiliyyətinə kömək edə biləcək xüsusi genləri araşdırmağa yönəldiləcək.

 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.