Qafqaz Müsəlmanları İdarəsinin sədri “Mərmərə” Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Baş direktoru ilə görüşüb
Digər xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri “Mərmərə” Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Baş direktoru ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İyunun 8-də Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverlə görüşüb. 

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Suver QMİ sədri A.Paşazadəni İstanbulda keçiriləcək XXIV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə səfərə dəvət edib. Əvvəlki Zirvə toplantılarında dəfələrlə iştirak edən Şeyxülislam A. Paşazadə nüfuzlu tədbirin xitabət kürsüsündən çıxışlar edib.  

2021-ci il iyulun 7-9-da İstanbulda təşkil olunacaq Zirvə toplantısının üzbəüz və onlayn olmaqla iki formatda keçirilməsi planlaşdırılır. Builki toplantıda müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi, enerji, səhiyyə, iqlim və telekommunikasiya istiqamətlərində dünyanın qabaqcıl elm, siyasi, ictimai xadimlərinin iştirakı ilə qlobal dünyanın ən aktual mövzuları müzakirə olunacaq.

AZƏRTAC