Elan
Reklam və elanlar

Elan

Sabirabad Suvarma Sistemləri İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan “Qaragöz LR-100” nov kanalının (PK 24+00/ PK 28+00 L=0.4 km) üzərindəki qurğularla birlikdə əsaslı təmir işinin satınalınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Respublika Uşaq Sanatoriyası digər malların alınması Kotirovka sorğusu - “Respublika” qəzetində 09 iyun 2021-ci il tarixində dərc olunmuş elanda başlanma və bitmə tarixlərində saat 09:00 və 10:00 yerləşdirilib, lakin Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 09.06.2021 12:45 - 11.06.2021 saat 12:45 tarixində qəbul olunur.


“AzerGold” QSC tərəfindən “Çovdar Filiz Emalı Sahəsində nəzarət-buraxılış sisteminin quraşdırılması işlərinin satınalınması” üçün 05 may 2021-ci il tarixində elan edilmiş açıq tender üzrə malgöndərənlərin sorğusu əsasında “Dövlət satınalmaları haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən tenderə kommersiya təklifinin və təkliflərin təminatı sənədlərinin qəbulu 11 iyun 2021-ci il saat 15:00-dək uzadılır. Tender üzrə təklif zərflərinin açılışı 14 iyun 2021-ci il tarixində saat 15:00-da keçiriləcəkdir.


Kənd Təsərrüfatı Nazirliyi və “Ramco” Qapalı Səhmdar Cəmiyyəti arasında Əkinçilik  ETİ-nin  Cəlilabad Bölgə Təcrübə Stansiyasının xarici elektrik təchizatı üzrə 27.699,85 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.

***

Kənd Təsərrüfatı Nazirliyi və “Ramco” Qapalı Səhmdar Cəmiyyəti arasında Əkinçilik  ETİ-nin  Tərtər Bölgə Təcrübə Stansiyasının xarici elektrik təchizatı üzrə 24.399,33 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası tərəfindən ayaqqabılar və botinkaların satın alınması məqsədilə keçirilmiş açıq tender (elektron satınalma) prosedurunun yekun protokoluna əsasən “ASK AYAQQABI FABRİKİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qalib elan edilmiş və həmin təşkilatla 09.06.2021-ci il tarixində 120174.50 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

LOT-1. Bakı şəhəri Ziya Bünyadov prospekti, 3  və  Həsən bəy  Zərdabi küçəsi, 593 ünvanında yerləşən arxiv binalarının “Cari təmir işlərinin satınalınması”

Podratçının müraciəti əsasında tender təklifi və bank təminatının müddəti 11.06.2021-ci il saat 17:00-a qədər, zərflərin açılış tarixi və vaxtı  isə 14.06.2021-ci il saat 17:00-a qədər uzadılmışdır.


“Aqroservis” ASC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik vasitələrinin və mal-materialların satınalınması ilə əlaqədar 2021-ci il 26 may tarixində keçirilmiş açıq tender üsulunu tətbiq etməklə elektron satınalmada “BUTA İNVESTMENT GROUP” MMC qalib gəlmiş və həmin şirkət ilə müqavilə bağlanmışdır.


“Aqroservis” ASC-də relyefli ərazilərdə istifadə olunan xüsusi konfiqurasiyaya malik kombaynlara texniki qulluğun göstərilməsi xidmətinin satınalınması ilə əlaqədar 2021-ci il 25 may tarixində keçirilmiş açıq tender üsulunu tətbiq etməklə elektron satınalmada “GRAND MOTORS COMPANY” QSC qalib gəlmiş və həmin şirkət ilə müqavilə bağlanmışdır.


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti “Elektrotexniki avadanlıqların satınalınması” üzrə keçirilmiş elektron açıq tender üsulu ilə satınalınmasını 05.05.2021-ci il tarixdə elan etmişdir. Azərbaycan Respublikasının Dövlət Satınalmaları haqqında qanununun 11.1 maddəsinə uyğun olaraq tender təklifi vermiş İddiaçıların sayı üçdən az olması səbəbindən tender proseduru baş tutmamışdır.