Dövlət ittihamçısı Orduya dəstək aksiyası zamanı yaranmış insidentlə bağlı təqsirləndirilənlərə şərti cəza verilməsini xahiş edib
Digər xəbərlər

Dövlət ittihamçısı Orduya dəstək aksiyası zamanı yaranmış insidentlə bağlı təqsirləndirilənlərə şərti cəza verilməsini xahiş edib

Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq olunan cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə növündə cəzanın şərti tətbiq olunması xahiş edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

AZƏRTAC