ANAMA:  Ötən həftə 111,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA:  Ötən həftə 111,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, iyunun 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 596, tank əleyhinə 54 mina və 144 partlamamış hərbi sursat aşkarlanıb.

Əməliyyatlar nəticəsində 111,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC