Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə  birgə video konfrans
Region

Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə  birgə video konfrans

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə  birgə videokonfrans keçirilib. Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  qeyd etdi ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş  verənləri  təhlil etməklə hər birimiz bu qənaətə gəlirik ki, 1993-cü ilin 15 iyun  tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir.

 “Ümummilli lider Heydər Əliyev – milli qurtuluşumuzun müəllifidir” mövzusunda video konfransda  YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusifov, Mingəçevir Dövlət Universitetinin müəllimi, Şəhər Veteranlar Təşkilatı  İdarə heyətinin üzvü Mirzə Cavadov, Mingəçevir Dövlət Universitetinin dekanı, tarix üzrə  fəlsəfə doktoru Nizami Zeynalov,  12 saylı  tam orta məktəbin direktoru Sevda İsmayılova çıxış etdilər.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərini, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsini və bu siyasətin nəticəsində çox böyük uğurların əldə olunmasının şahidiyik. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə  bərpa işləri aparılır.

Bütün bunlar bir daha göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas edən, qoruyan, möhkəmləndirən, əbədi, dönməz və sarsılmaz edən qüdrətli, müdrik bir  tarixi şəxsiyyətdir və o daima dövlətçilik tariximizdə və xalqımızın qəlbində yaşayacaqdır.

Zabit XƏLİLOV,

“Respublika”.