Məcburi köçkünlərin doğma yurda qayıdışı üçün təminatlar yaradılır
MÜSAHİBƏLƏR

Məcburi köçkünlərin doğma yurda qayıdışı üçün təminatlar yaradılır

Qaçqınlıq, məcburi köçkünlük dünyada ciddi narahatlıq doğuran qlobal problemlərdir. BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada bu kateqoriyadan olan insanların ümumi sayı 82 milyon nəfərdən çoxdur. Onlardan 34,4 milyonu sığınacaq tapmaq üçün ölkələrini tərk edənlər, 48 milyonu isə öz ölkələrində evsiz qalanlardır. Artıq ardıcıl olaraq doqquzuncu ildir ki, dünyada qaçqınların məcburi köçkünlərin sayı artmağa davam edir. Ölkəmizdə isə məcburi köçkünlüyə səbəb olan vəziyyət ötən ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimizin həyata keçirdiyiDəmir yumruqəks-həmlə əməliyyatı nəticəsində aradan qaldırılıb. Yüz minlərlə həmvətənimizi doğma yurdundan didərgin salan təcavüzkar Ermənistan hərbi-siyasi məğlubiyyətə uğradılaraq otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımızdan qovulub. Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, infrastruktur layihələri icra edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasına az qalır. Bu istiqamətdə həyata keçirilən tədbirlər barədə suallarımızı Azərbaycan Respublikası Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov cavablandırıb.

Hazırda ölkəmizdə qaçqınlar məcburi köçkünlərlə sahəsində dövlət siyasətinin əsas istiqamətləri nədən ibarətdir? Onların sosial müdafiəsi tədbirləri vaxtda qədər davam etdiriləcəkdir?

Ümumiyyətlə, Azərbaycan dövlətinin bu günə qədər qaçqın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistanla Azərbaycan arasında olan artıq keçmişdə qalan Qarabağ problemi öz siyasi həllini tapanadək - məcburi köçkün qaçqın soydaşlarımızın, müvəqqəti olsa da, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq problemlərinin, sosial problemlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Bütün bu tədbirlər ölkə başçısının fərman sərəncamlarına, hökumətin müvafiq Dövlət proqramlarına uyğun olaraq həyata keçirilib. İkinci istiqamət isə Böyük Qayıdışa hazırlıq bu qayıdışın icrasıdır. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində qalib Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüzün bərpa olunması ilə yanaşı, məcburi köçkünlərin beynəlxalq qanunvericilikdə təsbit olunmuş  ləyaqətlə, təhlükəsiz könüllü şəkildə doğma torpaqlarına qayıtmaq hüququ yaranıb. Növbəti illərdə bu istiqamətdə görülən işlər prioritet təşkil edəcək. Dövlət Komitəsi öz üzərinə düşən bütün vəzifələri vaxtı-vaxtında, ölkə başçısının fərman sərəncamlarına uyğun olaraq həyata keçirəcəkdir.

Böyük Qayıdışın təşkili bərpa-quruculuq işləri ilə bağlı cənab Prezidentin sərəncamı ilə ən yüksək səviyyədə Qərargah yaradılıb. Qərargah nəzdində idarələrarası mərkəz - 17 işçi qrup fəaliyyətdədir. Yekdil dövlət siyasətinin formalaşdırılması ilə bağlı işlər gedir. Sosial müdafiə tədbirləri həmin təkliflərdə öz əksini tapacaq. Mövcud qanunvericiliyə uyğun olaraq, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra onların sosial müdafiəsi üzrə dövlət dəstəyi 3 il müddətinə davam etdiriləcək. Böyük Qayıdışdan sonra bu sahədə yeni qərarların verilməsi mümkündür. Mövcud qanunvericilikdə nəzərdə tutulan müddət uzadıla da bilər ya yeni qanunvericilik sənədi qəbul edilər, bütün bunların hamısı gələcəyin işidir.

Vətən müharibəsindən sonra yaranan reallıqları məcburi köçkünlər necə qarşılayıblar? Doğma yurda qayıdışla bağlı onların arasında keçirilən sorğunun nəticələri necədir?

Məcburi köçkünlər 30 ildir bu arzu istəklə yaşayıblar. Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkünlərin tək arzusu-istəyi deyil, həm gündəlik yaşadıqları xəyal idi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimiz onların bu arzu xəyallarını ötən ilin payızında - Vətən müharibəsində gerçəkləşdiriblər. Azərbaycanın dəmir yumruğunun sarsıdıcı zərbəsi nəticəsində işğalçı Ermənistan təslim olub, onun acınacaqlı vəziyyətə düşən məğlub ordusu torpaqlarımızdan çəkilib gedib. Həm beynəlxalq təşkilatlar, həm beynəlxalq təsisatlar, eləcə milli təsisatlar tərəfindən keçirilən sorğular onu göstərdi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq niyyətindədir. Komitədə müvəqqəti məskunlaşma yerlərində keçirdiyimiz görüşlərdə məcburi köçkünlər hər dəfə soruşurdular ki, zaman öz torpaqlarımıza qayıdacağıq? Hansı səbəbdən, səbəbdən beynəlxalq ictimaiyyət bizim hüquqlarımızın bərpa olunmamasına hələ göz yumur? Hazırda müxtəlif təşkilatlar, o cümlədən ADA Universiteti, Sosial Tədqiqatlar Mərkəzi məcburi köçkün soydaşlarımız arasında sorğular keçiriblər. Eyni zamanda Dövlət Komitəsi bu günün tələblərinə uyğun olaraq məlumat bazasını təkmilləşdirmək məqsədilə sorğu keçirir. Bu sorğuların nəticələri ondan ibarətdir ki, hətta 30 ilə yaxın işğal altında qalmış dağıdılıb talan edilmiş yerlərin sakinləri olan məcburi köçkün soydaşlarımız indiki halında belə o torpaqlara qayıtmaq istəyirlər. Gələcəkdə dövlət tərəfindən bütün lazımi şərait yaradıldıqdan, təhlükəsizlik tədbirləri görüldükdən sonra, məcburi köçkünlərin mütləq əksəriyyəti öz torpaqlarına qayıdacaqdır.

Komitədə Böyük Qayıdışa hazırlıq işləri necə gedir?

Yuxarıda qeyd etdiyim kimi, məcburi köçkünlər arasında sorğular keçirilir. Dövlət Komitəsi yanında yaradılmış İctimai Şura üzvləri məcburi köçkün soydaşlarımızla görüşürlər, qayıdışla bağlı müzakirələr aparırlar. Bununla da məcburi köçkünlərin rəy təklifləri öyrənilir. Öz doğma torpaqlarına qayıdacaq məcburi köçkünlər bu prosesi özləri necə görüb, necə dəyərləndirirlər digər bu kimi mövzular ətrafında ictimai müzakirələrin qayıdış konsepsiyasının hazırlanması üçün əhəmiyyəti böyükdür. Qayıdış prosesi tam olaraq beynəlxalq prinsiplərdə təsbit olunmuş meyarlar üzrə aparılacaq. Artıq təkliflər paketi hazırlanır, bunlar hamısı gələcəkdə qanunvericilik formasında öz əksini tapacaq. Azərbaycan dövləti məcburi köçkünlər üçün ən əlverişli, ən münbit şəraiti yaradacaq ki, onlar tezliklə doğma yurdlarında dayanıqlı həyatı bərpa edə bilsinlər.

İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlər hansı meyarlar əsasında yerləşdiriləcəklər?

Bilirsiniz, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması zamanı dövlətimizin başçısının tapşırığı əsasında, “ağıllı kənd”, “ağıllı şəhərlayihələrinə üstünlük veriləcəkdir. Zəngilan rayonunda Ağalı kəndinin bərpası, Ağdam şəhərinin yenidən qurulması layihələrində belə müasir trendlərdən istifadə edilib. Məlum olduğu kimi, dövlətimizin başçısının diqqət qayğısı sayəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün indiyədək çox böyük işlər görülüb, onlar üçün 115 yeni qəsəbə salınıb, 300 mindən çox məcburi köçkün yeni yaşayış sahəsinə köçürülüb. Lakin elə bu qədər məcburi köçkün hələ yaşayış üçün əlverişli olmayan yerlərdə - ictimai binalarda, yataqxanalarda digər yerlərdə müvəqqəti məskunlaşıb. Onlar üçün yeni yaşayış sahələrinin işğaldan azad edilmiş doğma yurdlarında inşa olunması, hələ ağır şəraitdə yaşayan məcburi köçkünlərin ilk növbədə köçürülməsi nəzərdə tutulur. Ümumilikdə isə, köçürülmənin meyarları, prinsipləri, qaydaları hökumət tərəfindən müəyyənləşdiriləcəkdir.

Qayıdışla bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti necədir?

BMT qurumları ilə xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi digər beynəlxalq təşkilatlarla Böyük Qayıdışla bağlı çox intensiv şəkildə fikir mübadiləsi aparılır. Onu da qeyd edək ki, Azərbaycan, Ermənistan Rusiya arasında üçtərəfli Bəyanatda göstərilib ki, məcburi köçkünlərin qayıdışı BMT QAK-ın nəzarəti altında həyata keçiriləcək. Qayıdışla bağlı müntəzəm olaraq, bu qurumların da rəy təklifləri alınır. Bildirim ki, onlar da artıq rəy təkliflərini təqdim ediblər. Bütün bunlar məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışında, əlbəttə ki, reallaşacaq. Hazırda isə ilk prioritet məsələ ərazilərin minalardan təmizlənməsidir. Bununla bağlı, möhtərəm cənab Prezident bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə qeyd etdi ki, əgər mina xəritələrinin hamısı əldə olunsa, bu həm vaxt, həm maliyyə, həm digər məsələlər baxımından işlərimizi xeyli dərəcədə yüngülləşdirəcək. Bu, həm xoşməramlı jest olaraq, ikitərəfli münasibətlərin bərpasına öz töhfəsini vermiş olardı.

Müsahibəyə görə təşəkkür edirik.

Möhtərəm RƏCƏBOVA,

Respublika”.