Şəhidlərin xatirə abidəsi
Region

Şəhidlərin xatirə abidəsi

Sabirabad rayonunun Məmişlər kəndində  Vətən müharibəsi şəhidi  Fərid Yaşar oğlu Hüseynovun doğum günündə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı abidənin açılış mərasimi oldu. Mərasimi Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq, Sabirabad rayonundan II Qarabağ müharibəsində canlarını Vətən yolunda fəda etmiş şəhidlər haqqında məlumat verdi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sabirabad Rayon İcra Hakimiyyətində Şəhid Ailələri və Qazilərlə İşin Təşkili Şöbəsinin müdiri Müslüm Rzayev, YAP Sabirabad Rayon Təşkilatının sədri Məleykə Həsənova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad Rayon Şöbəsinin sədri Faiq Hüseynov, Qafqaz  Ruhaniləri İdarəsi Sabirabad rayonu üzrə nümayəndə Ağakərim  Sadıqov, rayonun axundu Hacı Məhəmməd Əliyev, şəhid Zamin Balakişiyevin anası Bikəxanım Balakişiyeva, şəhidin döyüş yoldaşı Elvin Quliyev və başqaları çıxış edərək şəhidlərin xatirəsini yad etdilər, onların müqəddəs ruhlarına dualar oxudular.

Məmişlər kənd orta məktəbinin şagirdləri və kənd uşaq bağçasının azyaşlılarının ifasında şeirlər səsləndi. Şəhid Fərid Hüseynovun məzarı ziyarət edildikdən sonra “Şəhidlər ölməz, Vətən bölünməz” abidəsinin açılışı oldu.

Şəhidin anım mərasimində onun əzizləri, doğmaları ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri də iştirak edirdilər.

 Tofiq HÜSEYN,

“Respublika”.