TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Tenderin predmeti: Maşın və avadanlıq mallarının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, müvafiq sahə üzrə təcrübəsi və ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilməsinin müddət: 31.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Cəfərov Telman İmran oğlu

Ünvan: Bakı şəhəri, Səbail ray., N.Rəfibəyli küç.25

E-mail: [email protected]

Tel.: (012) 492-50-70  

Maraqlananlar aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğində iştirak haqqını portalda asan ödənişlə ödədikdən sonra tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

Adı: Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

H/h: AZ34CTRE00000000000004138305

VÖEN: 1700434611

DXA 9 saylı Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.: CTREAZ22

Büdcə səviyyəsinin kodu: 1

Büdcə təsnifat kodu: 142319

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada portal vasitəsilə təqdim etməlidirlər.

1.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

2.1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.2.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddətə fəliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

2.3.Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır):

- Azərbaycan Respublikasında vergilərə, sosial sığorta və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair arayış;

- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş (qəbul edilmiş) maliyyə hesabatının surəti

2.4. İddiaçının tender predmetinə uyğun gələn fəaliyyətinə dair digər sənədlər

3.Tender təklifi - (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;

4.Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).

Malgöndərənlər (podratçılar) 1 və 2-ci bəndlərdə qeyd olunan sənədləri  16.07.2021-ci il saat 10:00 tarixə kimi, 3 və 4-cü bəndlərdə qeyd olunan sənədləri isə 28.07.2021-ci il saat 10:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Tender təklifləri zərfləri 29.07.2021-ci il tarixində saat 10:00-da elektron portal vasitəsilə açılacaqdır.

Göstərilən tarixlərdən gec təqdim olunan sənədlər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Blankların satınalınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205

 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27İBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesabı:

AZ03NABZ01350100000000002944

S.W.İ.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 19 iyul 2021-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

-son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;

-malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;

-malgöndərənin (“podratçı” və ya “Satıcı”) hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

-malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

-tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 26 iyul 2021-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat Departamentinə (Satınalma Şöbəsi, 7-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 27 iyul 2021-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti , zəmanət müddəti və çatdırılma müddəti.

Tender “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


“ELEKTRON HÖKUMƏTIN İNKIŞAFI MƏRKƏZI” PHŞ “2020-CI IL ÜZRƏ MALIYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARINA UYĞUN AUDITININ HƏYATA KEÇIRILMƏSI XIDMƏTI”NIN SATINALINMASI ÜZRƏ 

AÇIQ TENDER (ETENDER) ELAN EDIR

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını Asanpay vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 19A, AZ 1069

Telefon: (+99412) 4447444 (3185)

Fax: (+99412) 541-76-63

Tenderdə iştirak haqqı - 50 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

3.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

4.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

7.İddaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

8.Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

9.Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

10.Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

İxtisas uyğunluğu sənədləri:

İddiaçının azı 3 nəfər əməkdaşı (hansı ki, müqavilə üzrə cəlb ediləcək) 5 ildən çox iş təcrübəsi olmalı və aşağıda göstərilənlərə cavab verməlidir:

Peşəkar mühasib sertifikatı (PMS), Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS), Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS), Nizamnaməli Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (NSMA), Maliyyə, mühasibatlıq, büdcə prosesləri ilə bağlı yerli və beynəlxalq təlimləri olmalıdır.

Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 15.07.2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 27.07.2021-ci il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 28.07.2021-ci il saat 11:00-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, bundan sonra “Satınalan təşkilat” adlanacaq, potensial iddiaçıları aşağıdakı malların təminatı üçün öz təkliflərini təqdim etməyə dəvət edir.

Lot 1. Qobustan rayonunda inşa olunan Heyvandarlıq Nümayiş Kompleksinin xarici elektrik təchizatı

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

(Əlaqələndirici şəxs: Kamil Şirinov, telefon:493-89-04)

İştirak haqqı:

Lot 1 - 100 (yüz) manat

Ödəniş etender.gov.az saytından ödənilir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

2.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; müvafiq vergi orqanından arayış;

3.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

4.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

5.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

6.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

7.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

8.Yüklülük barədə arayış

9.Lisenziyanın sürəti

10.Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olmaqları haqqında arayış

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-07-16 saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-07-28 saat 18:00 tarixinə qədər etender.gov.az ünvanında yerləşdirməlidir.

İddiaçıların təklifləri 2021-07-29  saat 17:00 tarixində etender.gov.az ünvanında elektron olaraq açılacaqdır.