Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi 221100 dəftərxana və təsərrüfat xərc maddəsi üzrə dəftərxana və təsərrüfat mallarının kotirovka sorğusu keçirilmişdir. Keçirilmiş satınalma prosedurunun qalibi Azərbaycan, Bakı şəh., Sabunçu rayonu, Ləhiş bağları, ev 5103 ünvanında yerləşən “ALLSTAR A” MMC olmuşdur. Həmin şirkətlə 18.06.2021-ci il tarixində 19482.40 azn (on doqquz min dörd yüz səksən iki manat, 40 qəpik) məbləğində  müqavilə imzalanmışdır.


Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən LOT - 1 Meliorasiya və İrriqasiya sistemlərinin cari təmiri üçün material və avadanlıqların satınalınmasına dair www.e-tender.gov.az portalında 17 may 2021-ci il və “Respublika” qəzetində 18 may 2021-ci il tarixində elan olunmuş açıq tender müsabiqəsi heç bir iddiaçı olmaması səbəbindən ləğv edilmişdir.


“Bakı Metropoliteni” QSC

Bildiriş

11.06.2021-ci il tarixində keçirilmiş  2021-ci il üçün tələb olunan yanğınsöndürən balonların sınağdan keçirilməsi və doldurulması xidmətinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “Red Line”  MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 21.06.2021-ci il tarixində  müvafiq satınalma müqaviləsi imzalanmışdır.  


Ağdaş Regional Mədəniyyət İdarəsinin dəftərxana və təsərrüfat mallarının satın alınması maddəsi üzrə açıq tender mərhələsi malgöndərən (podratçının) müraciətinə əsasən aşağıda göstərilən müddətə qədər uzadılmışdır.

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

24.06.2021-ci il saat 17:00

Zərflərin açılış tarixi və vaxtı

25.06.2021-ci il saat 17:00


Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi bildirir ki, “Deratizasiya, dezinseksiya və dezinfeksiya işləri”nin satın alınması məqsədi ilə keçirilmiş kotirovka sorğusunda “Sanitariya Epidemioloji Xidmətlər” MMC və “Dövlət Arxivi Gəncə filialının inzibati binasının qazlaşdırılması”nın satın alınması məqsədi ilə keçirilmiş kotirovka sorğusunda isə “Qaz İnşaat Servis” MMC qalib elan olunmuş, onlarla müvafiq satınalma müqavilələri bağlanmışdır.


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi tərəfindən 23 aprel 2021-ci il tarixində elektron satınalma vasitəsilə keçirilən tenderin nəticəsi haqqında.

Lot-1 Avtomobil nəqliyyat vasitələri və digərləri - qalib “Marketinq və Servis müəssisəsi” MMC müqavilə bağlanmışdır. 21.06.2021-ci il tarixində -3827108.0 manat.