“Avtomotoservis” ASC-nin Səhmdarlarının nəzərinə!
Reklam və elanlar

“Avtomotoservis” ASC-nin Səhmdarlarının nəzərinə!

“Avtomotoservis” Açıq Səhmdar Cəmiyyəti 2020-ci il üzrə Səhmdarların 18.06.2021-ci il tarixində baş tutmayan təkrar çağırılan növbəti qiyabi illik yığıncağını 03.08.2021-ci il tarixində, saat 11:00-da “Avtomotoservis” ASC-nin inzibati binasında qiyabi səsvermə qaydasında keçiriləcəyini elan edir.

Səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericiliklə müəyyən edilmiş qaydada (notariat və s.) təsdiq edilməklə, bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə 02.08.2021-ci il tarixinədək “Avtomotoservis” ASC-yə göndərməklə səsvermədə qiyabi iştirak edə bilər.

Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənədin bülletenlə təqdim edilməsi vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini bülletenlə bərabər təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə Cəmiyyətin Səhmdarının adından səsvermədə iştirak edən nümayəndənin və həmin Səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməyi tələb olunur. Əks təqdirdə nümayəndənin qiyabi yığıncaqda iştirakı qeydə alınmayacaq.

Əlaqə telefonları: 4656439(əlavə 13); 0555150074.

E-ünvan: [email protected]

Qiyabi Yığıncağın gündəliyi:

1. Səhmdar Cəmiyyətinin idarəetmə orqanının 2020-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı

2. ASC-nin maliyyə durumu və hesabat dövrü üzrə dividendlərin bölgüsü

3. Tək başçı orqan Baş Direktorun yenidən seçilməsi

4. Cəmiyyətin balansında olan inventarların yenidən inventarizasiya aparılması

5. Cari məsələlər.