Əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi
Sosial həyat

Əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə satış-sərgiyə təşkil olunub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış və Vətən müharibəsində möhtəşəm Zəfərimizə, Ordumuzun şücaətlərinə, işğaldan azad edilmiş doğma yurd yerlərimizə və s. həsr olunmuş əl işləri (suvenirlər, ağac üzərində oymalar,  tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları) yer alır..

Ümumilikdə 6 sənət növü üzrə 100-ə yaxın əl işinin təqdim edildiyi sərginin məqsədi əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına,  cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

M.KAMAL,

“Respublika”.