TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsi lift ehtiyat hissələrinin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDIR

Tender 1 lotda keçirilir:

LOT 1. Lift ehtiyat hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, http://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.

Hər bir iddiaçı tenderdə iştirak haqqı kimi:

LOT 1 – 150 manat məbləğində pul vəsaitini aşağıdakı Bank hesabına köçürməlidir:

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ86İBAZ38060019449873158206

VÖEN: 1400284261

Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nərimanov filialı

Kodu: 805540

VÖEN: 9900001881

M/H: AZ03NABZ01350100000000002944

SWİFT İBAZAZ2X

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

- iddiaçının analoji iş təcrübəsini təsdiq edən sənədlər, təqdim olunacaq malların mənşə və uyğunluq sertifikatları;

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi. Təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

- iddiaçının tender təklifinin bank təminatı (zərflər açıldığı gündən ən azı 60 bank günü müəyyən edilir və təklifin qiymətinin ən azı 1 (bir) %-ni təşkil etməlidir).

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə və ya razılaşma, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 03 avqust 2021-ci il saat 15:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 11 avqust 2021-ci il saat 15:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 12 avqust 2021-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL VASİTƏSİLƏ aparılır.


AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏNZİL İSTİSMAR DEPARTAMENTİ, MÜVAFİQ DÖVLƏT PROQRAMI ƏSASINDA İNŞA EDİLƏN VƏ BALANSINDA OLAN MƏCBURİ KÖÇKÜN QƏSƏBƏLƏRİNDƏ YOLLARIN TƏMİRİ ÜZRƏ İŞLƏRİN SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ E-TENDER ELAN EDİR

1: Ağcabədi, Qəbələ və Hacıqabul rayonlarında məcburi köçkün qəsəbələrində qum-çınqıl və asfalt yol örtüyünün təmiri.

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: Lot üzrə 800 (səkkiz yüz) manat

Dövlət Xəzinədarlığı Agentliyi - Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.: CTREAZ22

Müştəri: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti

VÖEN: 1300390531

Hesab: AZ31CTRE00000000000002258402

Büdcə təsnifat kodu:142330

Büdcə səviyyə kodu: 7

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında keçirilir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.07.2021 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 30.07.2021 18:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 02.08.2021 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Tenderin predmeti: “Tikili və avadanlıqların cari təmiri üzrə işlərin və malların satınalınması”

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, müvafiq sahə üzrə təcrübəsi və ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilməsinin müddəti: 31.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Cəfərov Telman İmran oğlu

Ünvan: Bakı şəhəri , Səbail ray., N.Rəfibəyli küç.25

E-mail: [email protected]

Tel: (012) 492-50-70 

Maraqlananlar aşağıda qeyd olunan hesaba 150 (bir yüz əlli) manat məbləğində iştirak haqqını portalda asan ödənişlə ödədikdən sonra tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

Adı: Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

H/h:  AZ34CTRE00000000000004138305

VÖEN: 1700434611

DXA  9 saylı Xəzinədarlıq Agentliyi

Kod:  210005

VÖEN: 1401555071

M/h:  AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.: CTREAZ22

Büdcə səviyyəsinin kodu: 1

Büdcə təsnifat kodu: 142319

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada portal vasitəsi ilə təqdim etməlidirlər:

1.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

2.1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.2.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddətə faliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

2.3.Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır):

- Azərbaycan Respublikasında vergilərə, sosial söğorta və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair arayış;

- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş (qəbul edilmiş) maliyyə hesabatının surəti

2.4. İddiaçının tender predmetinə uyğun gələn fəaliyyətinə dair digər sənədlər

3.Tender təklifi - (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;

4.Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)

Malgöndərənlər (podratçılar) 1 və 2-ci bəndlərdə qeyd olunan sənədləri 23.07.2021-ci il saat 10:00 tarixə kimi, 3 və 4-cü bəndlərdə qeyd olunan sənədləri isə 02.08.2021-ci il saat 10:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Tender təklifləri zərfləri 03.08.2021-ci il tarixində saat: 10:00-da elektron portal vasitəsi ilə açılacaqdır.

Göstərilən tarixlərdən gec təqdim olunan sənədlər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi

AÇIQ TENDERƏ DƏVƏT EDİR

150 kVA gücündə kabinli dizel generatorun satın alınması.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqının ödənilməsi yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə lot üzrə 30 manat məbləğində iştirak haqqını ödəyərək Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlərlə vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsi aparan vəzifəli şəxs: Tural Gülüşov, Tel.: (055) 455 31 30.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənəd;

2.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (iddiaçının hüquqi sənədlərinin surəti notarial qaydada təsdiqli olmalıdır);

3.Tender təklifi (təklif zərflər açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;

8.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

9.İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla, tələb olunan digər sənədləri 22.07.2021-ci il saat 11:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 30.07.2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklif zərfləri 02.08.2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.