Bildiriş
Reklam və elanlar

Bildiriş

Dövlət Sərhəd Xidmətinin tələbatı üçün “Respublika” qəzetinin 07 may 2021-ci il tarixli elanına əsasən Lot 17 “Təmizlik ləvazimatları”nın satınalınması ilə bağlı açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ləğv edilmişdir.


AZƏRBAYCAN RESPUBLİKASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS “YENİ KLİNİKA” PUBLİK HÜQUQİ ŞƏXSİ BİLDİRİŞ

23.04.2021-ci il tarixində “Yeni Klinika” PHŞ tərəfindən elan edilmiş “İnzibati binanın şüşə və fasad örtüyünün yuyulması” işlərinin satınalınması üzrə açıq tender üsulunu tətbiq etməklə keçirilmiş elektron satınalma müsabiqənin nəticələrinə əsasən, “SKY VASH-R” MMC qalib elan olunmuş və həmin müəssisə ilə 29.06.2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti balansında olan 7 ədəd avtonəqliyyat vasitələrinin illik texniki xidmətinin satınalınmasına dair keçirilmiş kotirovka sorğusunun qalibi Azərbaycan, Bakı şəh., Nizami rayonu, Babək prospekti, ev 61C ünvanında yerləşən “Şərqmotors” MMC olmuşdur. “Şərqmotors” MMC ilə 21.06.2021-ci il tarixində 28 104.65 AZN (iyirmi səkkiz min yüz dörd manat, 65 qəpik) məbləğində müqavilə imzalanmışdır.


Sabunçu  Rayon  Mühafizə  İdarəsi tərəfindən www.e-tender.gov.az portalında və “Respublika” qəzetində 04 may 2021-ci il tarixində elan olunmuş mühafizəsi həyata keçirilən obyektlərdə mövcud olan 6 (ədəd) stasionar polis postunun əsaslı təmiri və idarənin inzibati binasının ətrafında metlax tavalarının döşəmə daşlarının yenisi ilə əvəz olunması, qranit üzlük daşının döşənməsi işlərinin satın alınmasına dair keçirilmiş açıq tender müsabiqəsində “AZLAHİYƏ İNŞAAT” MMC qalib müəyyən olunmuş və həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi  tərəfindən nəqliyyat vasitəsinin alınması məqsədi ilə açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilən müsabiqə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilir və onun davamından imtina edilir.


ADA Universiteti “Səhnə və səhnə avadanlıqlarının icarəsi”nin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, fiziki şəxs Mirzəyev İlqar Çingiz oğlu qalib elan edilib və həmin şəxs ilə 21 iyun 2021-ci il tarixində 16.578,00 manat (on altı min beş yüz yetmiş səkkiz manat, 00 qəpik) məbləğində  satınalma müqaviləsi bağlanılıb.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 30 aprel 2021-ci il tarixdə “Geodezik və Topoqrafik GPS avadanlıqları”nın satın alınması məqsədilə elan edilmiş təkliflər sorğusu proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və qeyd edilən predmet üzrə “Azəri Gis” MMC şirkəti qalib elan edilmiş və həmin hüquqi şəxslə 25 iyun 2021-ci il tarixində  müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən 23 aprel 2021-ci il tarixində elanı verilmiş Mərkəzi Hospitalın İnzibati binasında yerləşən liftlərə texniki servis xidmətinin göstərilməsi üçün 27 aprel 2021-ci il tarixində keçirilmiş kotirovka sorğusunun nəticələri 25 iyun 2021-ci tarixli Tender Komissiyasının qərarına əsasən ləğv olunmuşdur.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən  minaaxtaran itlər üçün quru yemlərin satın alınması məqsədilə 2021-ci il 20 aprel tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 22 aprel tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “Rubus” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən məişət avadanlıqlarının alınması və quraşdırılması işlərinin satın alınması məqsədilə 2021-ci il 01 may tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 04 may tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “Ultratek” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.