Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati ərazisində nəzarət-müşahidə kameralarının, baryerin (şlaqbaum), daxili ATS-in alınması və quraşdırılması” işlərinin satın alınması üzrə “CASPİAN SUPPLİES AZE” MMC qalib elan edilmiş və həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən 19 aprel 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “Dalğa-1 qayığına ehtiyat hissələrinin alınması və quraşdırılması işləri”nin satın alınması üzrə “ALFA MARİNE” MMC qalib elan edilmiş və həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


“İveco” markalı avtobuslarda mühərrikdən işlənmiş qazların çıxış borusu üçün istilik izolasiya örtüklərinin satınalınması məqsədilə “Respublika” qəzetində və .tender.gov.az saytında açıq tenderin keçirilməsi üçün verilən elan üzrə tender təklifi və bank təminatınının təqdim olunma tarixi həmçinin təkliflərin açılma tarixi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 30.2 yarımbəndinin tələblərinə əsasən aşağıdakı tarixlərədək uzadılır: -tender təkliflərinin (tender təklifinin təminatı ilə birlikdə) son təqdim edilmə tarixi 21.06.2021-ci il saat 17:00, İddiaçıların təkliflərinin açılış tarixi isə 22.06.2021-ci il saat 11:00 tarixədək uzadılmışdır.


“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti “Azəripək” MMC-nin strategiyasının hazırlanması məqsədilə məsləhətçi şirkətin cəlb olunmasına dair 03.12.2020-ci il tarixində www.etender.gov.az internet saytında, 04.12.2020-ci il tarixində www.ask.gov.az   internet saytında, 04.12.2020-ci il tarixində isə “Respublika” qəzetində açıq tenderin keçirilməsi barədə elan dərc edilmişdir. Keçirilmiş satınalma prosedurunun nəticəsində, “Dövlət Satınalmaları haqqında” Qanununun 36.7.2-ci maddəsinə əsasən Türkiyə, İstanbul, Beyoğlu, Meclisi Mebusan Cad., Ömer Avni Mah., Karun Çıkmazı Sk. No:2 ünvanında yerləşən TSKB Sürdürülebilirlik Danışmanlığı A.Ş. (Ecrarus) şirkəti qalib gəlmişdir. Bu təşkilatla 16.06.2021-ci il tarixində 90 000.00 (doxsan min) ABŞ dolları məbləğində müqavilə imzalanmışdır.


"Azerbaijan Industrial Corporation" Open Joint Stock Company on 03.12.2020 on www.etender.gov.az website, on 04.12.2020 on www.ask.gov.az website and on 04.12.2020 in the "Republic" newspaper published an announcement regarding the ongolocated at the address Mejlisi Mebusan Cad., Ömer Avni Mah., Karun Çıkmazı st. No: 2, Beyoglu, Istanbul, Turkey was determined as the winner and was awarded with the procurement contract with a value in amount of 90,000.00 (ninety thousand) US dollars.


“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində PR xidmətlərinin satınalınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda “NEDELYA” MMC qalib gəlmiş və həmin şirkətlə müqavilə bağlanmışdır.


Kənd Təsərrüfatı Nazirliyi və “CONRAD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ arasında xırdabuynuzlu heyvanların qırxım məntəqələri və mal-qaranın çimizdirilmə qurğularının mebel və inventarlarla təchizatı üçün 251 467.44 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.


Kənd Təsərrüfatı Nazirliyi və “MODERN CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ arasında Qobustan rayon Cəngi ərazisində yararsız “Pestisid” dərman tullantılarının saxlanılma üçün Poliqonunun tikintisi üzrə 6 716 100.00 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.


Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən Telefon Məlumat Mərkəzinin “Orangeline” proqram təminatının yenilənməsi, həmçinin proqram təminatına “Omnichanel” modulunun əlavə olunması, “İAMAS” sistemi ilə inteqrasiyası, “Miqrasiya xidməti sistemi” ilə inteqrasiyası və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin “Orangeline” proqram təminatına 7 aylıq texniki dəstək xidmətlərinin göstərilməsi kimi işlərin satın alınması məqsədilə 07.05.2021-ci il tarixində Dövlət satınalmalarının vahid internet portalı olan www.etender.gov.az internet səhifəsində və “Respublika” qəzetində elan olunan açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsinin tələblərinə əsasən ləğv edilmişdir.


Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təmizlik ləvazimatlarının satınalınması məqsədilə açıq tender metodu ilə 29.06.2021-ci il tarixdə keçiriləcək tender müsabiqəsi tenderdə iştirak üçün üçdən az iddiaçının müraciət etməsi səbəbindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edilmişdir.