Bildiriş
Reklam və elanlar

Bildiriş

“Respublika” qəzetinin 10.04.2021-ci il tarixli nömrəsində Astara rayon İH-nin Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyinin ərazisində abadlıq işlərinin görülməsi ilə əlaqədar dərc edilmiş Açıq tender müsabiqəsinin nəticəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.06.2021-ci il tarixli AİBNDX-15/01-5/3902p nömrəli məktubuna əsasən ləğv olunmuşdur.


“ADA” Universiteti “Diplom üzlükləri”nin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.

Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən,”Degussa” MMC qalib elan edilib və həmin təşkilat ilə 9 iyun 2021-ci il tarixində 23828 manat (iyirmi üç min səkkiz yüz iyirmi səkkiz manat)  məbləğində  satınalma müqaviləsi bağlanılıb.


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2021-ci il üçün 222930-(abadlıq işləri) təsnifatı üzrə “Qusar”, “Şirvan”,  “Zərdab”, “İsmayıllı”, “Çilovadası”,  “Füzuli”,  “Bərdə” və “Gəncə” seysmik stansiyalarında kotirovka sorğusu keçirilməsi üçün elan verir.

Zərflərin verilmə tarixi 21.06.2021-ci il saat 11.00


Dövlət Sərhəd Xidmətinin tələbatı üçün “Respublika” qəzetinin 05 may 2021-ci il tarixli elanına əsasən “Tarix ştampları üçün boyalar”ın satınalınması ilə bağlı açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-4.2-ci  maddəsinin tələbinə əsasən ləğv edilmişdir.


“Messenat Holdinq-Şirkətlər Qrupu” MMC-nin təsisçisi olan “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” Açıq Səhmdar Cəmiyyəti, “Qaradağ” Açıq Səhmdar Cəmiyyəti,  “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyəti, “İmişli Dəmir Beton”

Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 №-li Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsinin dayandırılması qərara alındığı üçün “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC-nin, “Qaradağ” ASC-nin, “Bəhrəmtəpə-Çınqıl” ASC-nin, “İmişli Dəmir Beton” ASC-nin inzibati binalarında 30.06.2021-ci il tarixdə saat 11:00-a keçirilməsi nəzərdə tutulmuş səhmdarların illik ümumi yığıncaqları təxirə salınır.

Səhmdarların illik ümumi yığıncaqlarının keçirilməsinin vaxtı və yeri barədə Sizə əlavə məlumat veriləcəkdir.

“Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC-nin əlaqə telefonu: (050) 395-59-32

“Qaradağ” ASC-nin əlaqə telefonu (050) 330-58-98

“Bəhrəmtəpə-Çınqıl” ASC-nin əlaqə telefonu: (050) 560-11-22

“İmişli Dəmir Beton” ASC-nin  əlaqə telefonu: (050) 543-93-15


Meşələrin İnkişafı Xidməti tərəfindən “Yanğınsöndürən balon və daşına bilən bel su çiləyicisi” mallarının satın alınması məqsədi ilə 2021-ci il 16 may tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 18 may tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tender proseduru üzrə portalda baş vermiş texniki nasazlıqla əlaqədar və malgöndərənlərin sorğusuna əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 22 iyun 2021-ci il saat 16:00-dək, tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı 2021-ci il 01 iyul saat 15:00-dək uzadılır. Təklif zərflərinin açılışı 2021-ci il 02 iyul saat 16:00-da portal vasitəsilə həyata keçiriləcək.


“Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti “BakuBus” MMC-nin deposunun ərazisində olan yarımstansiyalarda 35 kv-lıq və 6 kv-lıq avadanlıqların test sınaq olunması xidmətlərinin satın alınması kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar +994124041110 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 16.06.2021 17:00 - 21.06.2021 12:00 tarixinədək qəbul olunur

Ünvan: AZ1091, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu 1-ci km “1”

Telefon nömrəsi: +994124041110

E-mail: [email protected].


“Azərpambıq ASK” MMC-nin OVX-600 ehtiyyat hissələrinin satın alınması təkliflər sorğusu üsulu ilə keçirilən tender prosedurunun vaxtı aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilmişdir.

Satınalma predmetinin adı: OVX-600 ehtiyyat hissələrinin satın alınması

Mövcud sənəd qəbulu vaxtı: 14.06.2021 saat 14:00

Mövcud zərf açılışı vaxtı: 14.06.2021 saat 16:00-da

Yenilənmiş sənəd qəbulu vaxtı: 18.06.2021 saat 14:00

Yenilənmiş zərf açılışı vaxtı: 18.06.2021 saat 17:00-da