Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avtomobil Nəqliyyatı İdarəsi tərəfindən “Yağ və sürtgü materiallarının” satın alınması məqsədilə 20 aprel 2021-ci il tarixdə www.etender.gov.az rəsmi internet saytında və 21 aprel 2021-ci il tarixdə “Respublika” qəzetində dərc etdirilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “Technoil” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


ADA Universiteti “Hədiyyə kartları”nınsatınalınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib

Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən, “LİBRAFF” MMC qalib elan edilib və həmin təşkilat ilə 22 iyun 2021-ci il tarixində 2.200,11 manat (iki min iki yüz manat, on bir qəpik) məbləğində  satınalma müqaviləsi bağlanılıb.


“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən  respublika ərazisində və xaricdə keçiriləcək beynəlxalq səviyyəli tədbirlərin təşkil olunmasının satın alınması məqsədilə 03 may 2021-ci il tarixində keçirilmiş açıq tender sorğusunda “İNTERNATİONAL GROUP” MMC qalib gəlmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində peyk antenası üçün meydançanın inşası işlərini satın almaq niyyətindədir və bu məqsədlə sahə üzrə ixtisaslaşmış şirkətləri və fərdi sahibkarları kotirovka sorğusunda iştirak etməyə dəvət edir.

Qiymət kotirovkaları qapalı zərfdə, imzalanaraq və möhürlənərək Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 72, M5 ünvanında yerləşən “Azərkosmos” ASC-yə 01.07.2021-ci il Bakı vaxtı ilə saat 17:00-dək təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunmuş zərflər qəbul edilməyəcək. Təklif zərfləri 02.07.2021-ci il tarixində Bakı vaxtı ilə saat 11:00-də qeyd olunan ünvanda açılacaq. Kotirovka təklifi zərflərin açılışı günündən başlayaraq ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Əlaqələndirici şəxs: Təşkilati işlər departamentinin satınalmalar üzrə mütəxəssisi - Pərviz İsgəndərov

Əlaqə nömrəsi: + (99412) 310-00-55.


30 iyun 2021-ci il tarixində “Aqrar Tədarük Və Təchizat” Acıq Səhmdar Cəmiyyəti tərəfindən arxiv və təsərrüfat təyinatlı stellaj və dəmir rəflərin yığılmasının kotirovka sorğusu üsulu ilə satın alınması texniki səbəblərdən ləğv edilir.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Respublika” qəzetində dərc edilmiş 2021-ci il üçün Dövlət Agentliyinin Aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində generator, AVR sistemləri, əsas kəsintisiz güc mənbəyi (UPS), enerji tənzimləyicisi (stabilizator) və yanğınsöndürmə sisteminə texniki dəstək” xidmətinin açıq tender üsulu ilə keçirilmiş elektron satın alınması ilə bağlı “STİNG” MMC qalib elan edilmişdir və onunla müvafiq müqavilə imzalanmışdır.


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “Əməkdaşlar üçün xidməti yaşayış binasının əsaslı tikintisi işləri”nin satın alınması məqsədilə 8 may 2021-ci il və 25 may 2021-ci il tarixlərində “Respublika” qəzetində və www.etender.gov.az internet səhifəsində açıq tenderin keçirilməsi üçün verilən elanlar üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 30.2 yarımbəndinin tələblərinə əsasən tələb olunan sənədlərin son təqdim olunma tarixi (tender təklifi və bank zəmanəti istisna olmaqla) 07.07.2021-ci il saat 11:00, tender təkliflərinin (tender təklifinin təminatı və texniki təklif  ilə birlikdə) son təqdim edilmə tarixi 15.07.2021-ci il saat 11:00, İddiaçıların təkliflərinin açılış tarixi isə 16.07.2021-ci il saat 11:00 tarixədək uzadılmışdır.