Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölən olmayıb
Səhiyyə

Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 33 nəfər müalicə olunaraq sağalıb, 62 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, son sutkada koronavirus infeksiyasından ölən olmayıb.

Hazırkı dövrədək ölkəmizdə 336 min 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 466 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib. Aktiv xəstə sayı 1035 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 793 min 40 test aparılıb. Bugünkü test sayı isə 5951-dir.

AZƏRTAC