Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir
Siyasət

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir

Ölkəmizə səfərə gələn Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri  Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlar Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıb.

AZƏRTAC