Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən dəftərxana ləvazimatlarının satınalınması məqsədilə keçirilmiş açıq tender (elektron satınalma) prosedurunun yekun protokoluna əsasən “Elit Poligraf” MMC qalib elan edilmiş və həmin təşkilatla 02.07.2021-ci il tarixində 135447.50 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.


“Azəralüminium” MMC “Anod milinin polad ucluqları”nı təkliflər sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar +994502711612 telefon nömrəsi və ya [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 23.07.2021-ci  il saat 18:00 tarixinədək qəbul olunur.

İddiaçıların təklifləri Tender Komissiyası tərəfindən 26 iyul 2021-ci il saat 14:00-da Bakı şəh., Yasamal rayonu, İzmir küçəsi 14, “Azəralüminium” MMC-nin inzibati binasının iclas zalında açılacaqdır.


“Bakı Metropoliteni” QSC 16 iyul 2021-ci il saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş Bakı Metropoliteninin III yeni (“Bənövşəyi”) xəttinə aid “Xocəsən” elektrik deposunda Platforma sahəsində, 240 m3-luq su anbarında,  Vestibül və Yeraltı keçiddə müxtəlif santexnika işlərinin satınalınması üzrə Açıq Tenderin vaxtı 04 avqust 2021-ci il tarixə saat 11:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03 avqust 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 26 iyul 2021-ci il saat 11:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.