Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 ünvanında yerləşən AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində yataqxanada 1 (bir) ədəd mövcud sərnişin liftinin avadanlıqlarının yenisi ilə əvəz olunması işlərinin satınalınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin mərkəzi aparatının baş mütəxəssisinə (əlaqələndirici şəxs: Kamran Mustafayev, telefon: (012) 492-83-98) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini zərfdə 26 iyul 2021-ci il tarixdə saat 15:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında 27 iyul 2021-ci il tarixdə saat 12:00-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.