Bildiriş
Reklam və elanlar

Bildiriş

“ASK Şüşə” MMC avtobusların ehtiyat hissələrinin alınması və təmiri xidmətinin  kotirovka sorğusu üsulu ilə keçirilən satınalma prosedurunun tender sənədlərinin və qiymət təkliflərinin son təqdim olunma tarixi və vaxtı 09 iyul 2021-ci il saat 14:00-dan 15 iyul 2021-ci il saat 14:00-dək uzadılır. Zərflərin açılması tarixi və vaxtı isə 09 iyul 2021-ci il saat 16:00-dan 15 iyul 2021-ci il saat 16:00-a dəyişdirilmişdir.


Sabirabad Mexaniki Suvarma İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan Sabirabad MSİ-nin Suvarma kanallarının mexanizimlərlə lildən təmizlənməsinin   satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının 14 iyun  2021-ci il tarixli yekun protokoluna əsasən “Elel Construction” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Sabirabad Mexaniki Suvarma İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan cari və əsaslı təmir işləri üçün tikinti materiallarının  satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının 17 iyun  2021-ci il tarixli yekun protokoluna əsasən sahibkar Əkbərov Rahib Ağamusa oğlu qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.