TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

İİV, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycanda İİV/QİÇS və vərəm ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ayırdığı qrant çərçivəsində Penitensiar müəssisələrdə fəaliyyətlərin icra edilməsi üçün Əsas Resipiyent (ƏR) - Səhiyyə Nazirliyi ilə Sub-resipiyent (SR) - Ədliyyə Nazirliyinin (ƏN) Tibb baş idarəsi (TBİ) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Layihənin əsas məqsədi Azərbaycanda riskli əhali qruplarına zəruri olan İİV profilaktikası, diaqnostikası, müalicəsi, qayğı və dəstəyə çıxışını genişləndirməklə, İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılması, eyni zamanda, Vərəmin (o cümlədən, DD Vərəmin) yeni hallarını, yayılma səviyyəsini və ölüm faizini əhəmiyyətli dərəcədə azaltmaqla Vərəmin sosial-iqtisadi yükünü azaltmaqdan ibarətdir.

ƏN TBİ yerli qeyri-hökumət təşkilatlarını Sub-resipiyent olduğu “Azərbaycan Respublikasında yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” layihəsi çərçivəsində aşağıdakı fəaliyyətlərin icra edilməsi üçün müsabiqədə iştirak etməyə dəvət edir:

-Məhkumlara, xüsusilə risk qrupunda olan şəxslərə İİV/QİÇS-lə və digər yoluxucu xəstəliklərlə bağlı daha ətraflı maarifləndirilmə işinin aparılması;

-Cəzaçəkmə müəssisəsində fərdi və qrup şəklində məhkumlarla zərərin azaldılması proqramları və sağlamlıq otaqlarının fəaliyyəti ilə bağlı maarifləndirmənin aparılması;

-İİV/QİÇS-lə bağlı könüllü müayinədən keçməyə yönləndirilmə;

-İİV/QİÇS xəstələrinin ARV-terapiya keçməsinə köməklik, ARV-dən imtina edən şəxslərin ARV-yə davamlılığının həvəsləndirilməsi;

-“Zərərin azaldılması”  layihələri haqqında məlumatın verilməsi və layihələrin həyata keçirilməsinə hazırlıq;

-İNİ və İİV daşıyıcısı olan məhkumlara psixoloji yardımın göstərilməsi;

-Emosional psixoloji durumunda problemlər yaranan şəxslərə psixoloji yardımın göstərilməsi;

-Azadlığa çıxmaq ərəfəsində olan məhkumların sosial adaptasiyasına dəstəyin göstərilməsi və xüsusi riskli məhkumların zərərin azaldılması proqramlarına yönləndirilməsi;

-İİV riskli şəxslərin müayinədən keçməyə istiqamətləndirilmə və ARV-terapiyanın davamlılığının təmin edilməsi.

Layihənin müddəti: 1 iyul 2021-ci il - 30 iyun 2024-cü il

Müraciət edən QHT-lərə tələblər:

-Penitensiar müəssisələrdə iş təcrübəsinin olması;

-Məhkumlarla və risk qrupları ilə iş təcrübəsinin olması;

-Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək;

-Yerli qanunvericiliyə və Qlobal Fondun qaydalarına müvafiq, 1C maliyyə proqramında mütəmadi və dəqiq maliyyə hesabatlarını hazırlamaq bacarığı; 

-Mütəmadi və dəqiq proqram hesabatları vermək bacarığı;

-Yerli qanunvericiliyə uyğun olaraq bütün işçilərlə əmək/xidmət müqaviləsi bağlamaq;

-Layihənin icrası, proqram və maliyyə idərəçiliyi üçün tələblərə cavab verən uyğun bacarıq və resursların mövcud olması;

-Konfidiensillağın qorunmasının təmin edilməsi.

Müraciətlər 28 iyul 2021-ci il, 14:00-a qədər [email protected] ünvanına göndərilməlidir.

Tələblərə cavab verən QHT ƏN TBİ-nin xüsusi komissiyası tərəfindən seçiləcək.  Komissiyaya ƏN TBİ, ƏN TBİ LİQ və Səhiyyə Nazirliyi Əlaqələndirmə Bürosunun nümayəndələri daxildir.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2021-ci mövsüm ilində lifli məhsulları presləyib qablaşdırmaq üçün tələb olunan məftil kəmərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tender

BİLDİRİŞİ

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən “2021-ci mövsüm ilində lifli məhsulları presləyib qablaşdırmaq üçün tələb olunan məftil kəmərinin satın alınmasını” təkliflər sorğusu üsulu ilə həyata keçirir.

İştirak haqqı: Lot 1- 340.00 manat

Benefisiar bankın adı: “Kapital Bank” ASC Səbail filialı

Swift Code: AİİBAZ2X

Benefisiar Bankın ünvanı:Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 63.

Kod: 200059

Bank VÖEN: 9900003611

Alan: “AZƏRPAMBIQ AQRAR SƏNAYE KOMPLEKSİ” MMC

Alanın hesabı: AZ61AİİB38070019440435563105

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

VÖEN: 1305532271

İştirak haqqı: 200 (USD)

Benefisiar bankın adı: “Kapital Bank” ASC Səbail filialı

Swift Code: AİİBAZ2X

Benefisiar Bankın ünvanı:Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 63.

Kod: 200059

Bank VÖEN: 9900003611

Bankın adı: Raiffeisen Bank İnternational AG, Vienna Austria

Bankın müxbir hesabı: RZBAATWW

070-55.075.527

Alan: “AZƏRPAMBIQ AQRAR SƏNAYE KOMPLEKSİ” MMC

Alanın hesabı:

AZ51AİİB38170018400435563105

VÖEN: 1305532271

Maraqlanan təşkilatlar: (+99455) 500-12-95 mobil nömrəsi və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaqdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar və işlərin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir. Qiymət təklifləri ikiqat qapalı zərfdə (əsli və surəti yazılmaqla iki nüsxədə), imzalanıb möhürlənərək 30 iyul 2021-ci il saat 14:00-dək Bakı şəhəri, AZ1065 Yasamal r-nu,Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə ünvanında yerləşən “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Tender Komissiyasına təqdim olunmalıdır. Qiymət təklifləri 30 iyul 2021-ci il tarixində saat 15:00-da Bakı şəhəri, AZ1065 Yasamal r-nu,Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə ünvanında yerləşən “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Tender Komissiyası tərəfindən açılacaqdır.