Bildiriş
Reklam və elanlar

Bildiriş

“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işgaldan azad edilmiş ərazilərdə (Zəngilan, Ağdam, Cəbrayıl, Fizuli, Kəlbəcər, Şuşa) AzPOS stansiyalarının qəbuledici antenalarının dayaq nöqtələrinin metal konstruksiya hissəsinin betonlanaraq dam örtüyünə bərkidilməsi işlərinin satın alınması üzrə 18 iyun 2021-ci il tarixində elan edilmiş kotirovka sorğusu proseduru üzrə qiymətləndirmə yekunlaşdırılmış və kotirovka sorğusunun qalibi “FİRST-R” MMC olmuşdur.

“FİRST-R” MMC ilə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC arasında 08 iyul 2021-ci il tarixində 29 820,00 (iyirmi doqquz min səkkiz yüz iyirmi) manat (ƏDV ödəyicisi deyil) məbləğində satınalma müqaviləsi imzalanmışdır.


“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Beyləqan Layihə Tədqiqat İdarəsinin inzibatı binasının təmiri işlərinin satın alınması üzrə 18 iyun 2021-ci il tarixində elan edilmiş təkliflər sorğusu proseduru üzrə qiymətləndirmə yekunlaşdırılmış və təkliflər sorğusunun qalibi “City Construction” MMC olmuşdur.

“City Construction” MMC ilə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC arasında 08 iyul 2021-ci il tarixində 12 980,00 AZN (on iki min doqquz yüz səksən manat) (ƏDV ilə) məbləğində satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar  üzrə Dövlət Agentliyi Bakı “ASAN xidmət” mərkəzləri və Gəncə, Sumqayıt regional  “ASAN xidmət” mərkəzləri üçün çap avadanlıqları (printer) kartriclərinin satınalınması ilə bağlı keçiriləcək təkliflər sorğusu üzrə ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirir.

İştirak etmək istəyən iddiaçılar ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduruna dair sənədlər toplusunu akademik Həsən Əliyev 36A ünvanından  (Kamal Səfərov 012 444 74 44 daxili: 2453) əldə edə bilərlər. İddiaçılar sənədlərini 03.08.2021-ci il saat 15:00-a kimi akademik Həsən Əliyev 36A ünvanına təqdim etməlidirlər (Kamal Səfərov 012 444 74 44 daxili: 2453).


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən 24 iyun 2021-ci il tarixdə “Maşın və avadanlıq mallarının satın alınması” üçün verilmiş açıq tender elanına aşağıdakı düzəliş edilir: Malgöndərənlərin (podratçıların) 1 və 2-ci bəndlərdə qeyd olunan sənədlərin təqdim edilmə vaxtı 26.07.2021-ci il saat 10:00 tarixə kimi, 3 və 4-cü bəndlərdə qeyd olunan sənədlərin təqdim edilmə vaxtı isə 03.08.2021-ci il saat 10:00 tarixə kimi uzadılır. Tender təklifləri 04.08.2021-ci il tarixində saat 10:00-da elektron portal vasitəsi ilə açılacaqdır.


“Respublika” qəzetinin 02.07.2021-ci il tarixli sayında  dərc edilmiş AzMİU-nun Kotirovka sorğusu elanındakı 19 iyul 2021-ci il tarixində “Yumşaq inventarın alınması və Abadlaşdırılma” işləri üzrə keçirilməsi nəzərdə tutulan Kotirovka sorğusu prosedurunun açılış tarixi Müqəddəs Qurban bayramı ilə əlaqədar olaraq  22 iyul  2021-ci il saat 15:00-a keçirilib.

Ünvanımız: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.

Əlaqə telefonu: (012) 538-75-07

Əlaqələndirici şəxs: Vasif Ələkbərov.


“Azərpambıq ASK” MMC tərəfindən Cari təsərrüfat ilində ehtiyac olan yeni kartriclərin alınması, kartriclərin illik dolum xidmətlərinin və ehtiyat hissələrinin satınalınması üçün elan edilən  elektron açıq tender metodu ilə keçirilən satınalma prosedurunun tender sənədlərinin son təqdim olunma tarixi və vaxtı 14 iyul 2021-ci il saat 12:00-dan 16 iyul 2021-ci il saat 12:00-dək, təkliflərinin və təkliflərin təminatının təqdim olunması tarixi  26 iyul 2021-ci il saat 12:00-dan 28 iyul 2021-ci il saat 12:00-dək uzadılır. Zərflərin açılması tarixi və vaxtı isə  27 iyul 2021-ci il saat 12:00-dan 29 iyul 2021-ci il saat 12:00-a dəyişdirilmişdir.


Kənd Təsərrüfatı Nazirliyi və “Elitra Design” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ arasında Yaş baramanın qurudulması məntəqələrinin stellaj və jalüz tipli pərdələrlə təchizatı üçün 1 349 840, 94 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.

***

Kənd Təsərrüfatı Nazirliyi və “GANİ CONSTİRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ arasında Qobustan rayonunda inşa olunan Heyvandarlıq Nümayiş Kompleksinə giriş-çıxış yolunun çəkilməsi üçün 332.266,02 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “Əməkdaşlar üçün xidməti yaşayış binasının əsaslı tikintisi işləri”nin satın alınması məqsədilə 8 may 2021-ci il və 25 may 2021-ci il tarixlərində “Respublika” qəzetində və www.etender.gov.az internet səhifəsində açıq tenderin keçirilməsi üçün verilən elanlar üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 30.2 yarımbəndinin tələblərinə əsasən tələb olunan sənədlərin son təqdim olunma tarixi (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16.07.2021-ci il saat 11:00, tender təkliflərinin (tender təklifinin təminatı və texniki təklif  ilə birlikdə) son təqdim edilmə tarixi 28.07.2021-ci il saat 11:00, İddiaçıların təkliflərinin açılış tarixi isə 29.07.2021-ci il saat 11:00 tarixədək uzadılmışdır.