Bildiriş
Reklam və elanlar

Bildiriş

“Bakı Metropoliteni” QSC tərəfindən 16  iyul 2021-ci il saat 12:00-da keçirilməsi nəzərdə tutulan müxtəlif növ fərdi mühafizə vasitələrinin satınalınması üzrə Açıq Tenderin vaxtı  29  iyul 2021-ci il tarixə saat 12:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)  16  iyul 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə 28 iyul 2021-ci il saat 12:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən ekskavatorlar üçün ehtiyat hissələri, sürtkü materialları və təmir işlərinin satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunda bütün iddiaçıların tender təklifləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 36.5.3-cü maddələrinə əsasən kənarlaşdırılmışlar və tenderin nəticələri ləğv edilmişdir.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin “Polietilen paketlərin (tibbi tullantılar, məişət tullantıları və s. üçün)” satın alınması məqsədilə 24 iyun 2021-ci il tarixdə təkliflər sorğusu proseduru ilə keçirdiyi tenderdə “Bakı Plastik” MMC qalib elan edilmiş və şirkətlə müvafiq qaydada satınalma müqaviləsi imzalanmışdır.


“İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 01 iyul tarixli 194 nömrəli Qərarına əsasən 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirildiyi üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən maşın və avadanlıqların satınalınması məqsədilə 2021-ci il 17 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 18 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə təkliflərin son təqdim olunma tarixi və vaxtı 2021-ci il 22 iyul saat 18:00-dək uzadılır. Təklif zərflərinin açılışı 2021-ci il 23 iyul saat 15:00-da portal vasitəsilə həyata keçiriləcək.


AZƏRBAYCAN RESPUBLİKASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS  “YENİ KLİNİKA” PUBLİK HÜQUQİ ŞƏXSİ

26.05.2021-ci il tarixində “Yeni Klinika” PHŞ tərəfindən elan edilmiş “Havalandırma sistemləri üçün filtrlər”in satınalınması üzrə keçirilmiş kotirovka sorğusu müsabiqəsinin nəticələrinə əsasən, “Climaservice Baku” MMC qalib elan olunmuş və onunla 15.07.2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


AZƏRBAYCAN RESPUBLİKASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS  “YENİ KLİNİKA” PUBLİK HÜQUQİ ŞƏXSİ

22.04.2021-ci il tarixində “Yeni Klinika” PHŞ tərəfindən elan edilmiş “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin” satınalınması üzrə açıq tender üsulunu tətbiq etməklə keçirilmiş elektron satınalma müsabiqəsinin nəticələrinə əsasən, fiziki şəxs İsgəndərov İlham Ərəstun oğlu (VÖEN 7400916662) qalib elan olunmuş və onunla 15.07.2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.