Sağlam həyat
Maraqlı

Sağlam həyat

Ürəyindostu” - qara gavalı

Gavalı bir çoxlarımız üçün yay aylarının imtina edilməz meyvələrindəndir. Qurudularaq həm çox dadlı qida məhsulu kimi, həm bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. Yeni tədqiqatlar gündə bir ovuc gavalı qurusunun yarada biləcəyi möcüzələri ortaya qoyur.

San-Diego Dövlət Universitetinin tədqiqatçılarıJournal of Medicinal Foodjurnalında dərc edilən məqalələrində hər gün beş-altı gavalı qurusu yeməyin ürək xəstəlikləri iltihab riskini azaldaraq bədəndəyaxşıxolesterolun səviyyəsini artıra biləcəyini göstərirlər.

Dünya miqyasında ölümün bir nömrəli səbəbi olan ürək xəstəliklərindən son illər ölənlərin sayı sürətlə artır. Ən təhlükəlisi isə xəstəliyin yaşının cavanlaşmasıdır.

Elm adamları altı aylıq sınaq müddəti ərzində 48 nəfərdən ibarət iştirakçıya gündəlik 100 qram quru gavalı yeməyi tövsiyə ediblər. Sınaqdan qabaq sonra respondentlərin ürək xəstəlikləri ilə bağlı göstəriciləri ölçülüb. Nəticədə, sınaq bitdikdən sonra iştirakçılarda iltihab səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi məlum olub. Bununla yanaşı, çəkidə heç bir dəyişiklik olmayıb.

Bu meyvə qurusu xroniki iltihabı azaldır, bədəndəki antioksidant tutumunu artıraraq ürək xəstəliklərində riski aşağı salır. Araşdırmamız qara gavalı qurusunun yalnız iltihabı azaltmasını deyil, eyni zamanda postmenopozal qadınlarda xolesterolun səviyyəsini yaxşılaşdırdığını göstərir. Ən son araşdırmamızda quru gavalının sümük sıxlığını artırdığını da tapdıq” - deyə İdman Bəslənmə Elmləri Məktəbinin aparıcı tədqiqatçısı, professor Şir Hoşmand bildirib.

 

Günəş vannası bağırsaq xərçəngi riskini azalda bilər

Günəş vannasının qəbul edilməsi bəzən cildinizə zərər verə bilsə , yeni araşdırma kifayət qədər şüanın müəyyən bir xərçəng növü riskinin aşağı düşməsinə kömək edə biləcəyini tapıb.

Kaliforniyanın San-Diego Universitetinin tədqiqatçıları ultrabənövşəyi şüa çatışmazlığının kolorektal (düz bağırsaq) xərçəngin yoluxma ehtimalını artıra biləcəyini iddia edirlər. Hesabata görə, D vitamini kolorektal xərçənginin inkişafına mane olur.

Elm adamları dünya üzrə kolon xərçəngindən əziyyət çəkənlərin məlumatlarını ölüm nisbətlərini araşdırıblar. Nəticədə az günəş olan ölkələrdə insanların bağırsaq xəstəliyinə daha çox meyilli olduqları aşkar edilib. Bu əsasən, ABŞ-ın payına düşür orada ən çox təsadüf edilən üçüncü xəstəlikdir.

Yer səthinə çatan iki növ ultrabənövşəyi şüa var: UVA UVB işığı. Ancaq UVB sümükləri, əzələləri dişləri gücləndirən D vitamini çatışmazlığını təmin edərək kolon xərçənginin riskini azalda bilər. Bu hələ ilkin dəlil olsa da, gələcəkdə bu xəstəliklə bağlı bir sıra amilləri nəzərə alaraq potensial müalicə metodlarını inkişaf etdirməyi planlaşdırırıq. Təəssüf ki bəzi ölkələrdə iqlimlə bağlı ultrabənövşəyi şüa çatışmazlıqları var. Lakin günəşin faydalarını təqlid edən yüngül terapiya zərər vermədən qoruyucu ola bilər.” - deyə həmmüəllif Raphael Cuomo qeyd edib.

Tədqiqat işiStudy findsveb saytında işıq üzü görüb.

 

Səhər yeməyini atlatmaq üçün sağlam bir alternativ

Badamın saymaqla bitməyən faydaları haqda məlumatlı olanlar yəqin ki çoxdur. Son zamanlar badam dünyanın ən faydalı qidalarından biri hesab edilir. İngiltərəli tədqiqatçılarınAmerican Journal of Clinical Nutrutionjurnalında dərc olunan araşdırmalarında göstərilir ki, qəlyanaltıda müntəzəm olaraq badam yemək bədən kütləsi indeksini (BMİ) aşağı salaraq, qanda lipoproteinlərin (“pisxolesterin, LDL) miqdarını azaldır diabet xəstəliklərinin qarşısını alır.

Alimlər bildirir ki, bir ovuc badamda cəmi 163 kalori var tərkibindəki doymamış yağlar ürəyin sağlamlığı üçün ən vacib olan xolesterinlə mübarizədə əhəmiyyətli rol oynayır. Həmçinin badam qanda insulin iltihabı artıran birləşmələrə qarşı mübarizədə müsbət təsir göstərir.

Badamın tərkibinin maqneziumla zəngin olması tip 2 diabetin qarşısını almağa kömək edə bilər. Diabetli insanların ürək-damar riski daha yüksək olduğu üçün müntəzəm olaraq gündəlik 56 qram badam istehlakı qanda həm insulin, həm pisxolesterinin səviyyəsini aşağı salmaqla hər iki xəstəliyin müalicəsində çox böyük rol oynayır. Digər tərəfdən , badam müntəzəm qəlyanaltıları əvəz edə biləcək qida əsaslı strategiyanın bir hissəsi kimi qəbul edilə bilən sağlam pəhrizin əsasını təşkil edə bilər”-deyə London Kings Kollecinin Bəslənmə Elmləri üzrə professoru, tədqiqat müəllifi Wendy Hall izah edib.

Kaliforniyanın Badam Şurası tərəfindən aparılan sınaqların hesabatına görə badam istehlakının həm ürək-damar, diabet xəstəliklərində, həm sağlam pəhriz göstəricilərində faydalı ola biləcəyi sübut edilmişdir.

 

Davamlı yuxu itkisinin zehni fiziki rifaha təsiri

Normal yuxunun sağlamlıq üçün mühüm əhəmiyyət kəsb etməsi hər kəsə məlumdur. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək həyat fəaliyyətini davam etdirmək üçün yuxuya ehtiyac duyur. Alimlərin araşdırmalarına görə hər gün minimum altı saat yatmaq vacibdir. Yeni bir tədqiqatda gecə ardıcıl olaraq 6 saatdan az yatmağın orqanizmə təsirləri araşdırılıb.

Cənubi Florida Universitetinin Yaşlanma Araşdırmaları Məktəbinin alimləri ardıcıl səkkiz gecə altı saatdan az yatmağın nəticələrini araşdırıblar. Aparıcı müəllif Soomi Lee yalnız bir gecə yuxu itkisindən sonra insan orqanizmində müəyyən simptomlarla müşaiyət olunan böyük sıçrayışların ortaya çıxdığını söyləyib.

Sınaqlar göstərib ki, üç gün ərzində altı saatdan az yatmaqla zehni fiziki problemlərin sayı durmadan artıb sonda ən pik həddə çatıb. O nöqtədə insan bədəninin təkrarlanan yuxu itkisinə nisbətən alışması ortaya çıxıb. Ancaq fiziki simptomların şiddətləndiyi altıncı gündə hər şey dəyişib. Belə ki respondentlərdə tənəffüs, mədə-bağırsaq kimi bir sıra problemlərlə yanaşı ruh düşkünlüyü, stress əsəb gərginliyi meydana çıxıb.

Araşdırmanın ən maraqlı məqamı isə cəmi 16 dəqiqə yuxu itkisinin belə performansına mənfi təsiridir.

Çoxlarımız həftə sonları yuxu borcumuzu ödəyə biləcəyimizi düşünürük. Ancaq bu araşdırmanın nəticəsi yalnız bir gecə az yatmağın orqanizmimizdə nələrə səbəb ola biləcəyini göstərdi” - aparıcı müəllif Lee bildirib.

MəqaləAnnals of Behavioral Medicinejurnalında nəşr olunub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

Respublika”.