Bildiriş
Reklam və elanlar

Bildiriş

“Respublika” qəzetinin 01 iyul 2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin “Elm” TV sektorunun internet televiziyasının işinin təkmilləşdirilməsi məqsədilə bir sıra texniki avadanlıqların satınalınmasına dair elan edilmiş açıq tender müsabiqəsində tələb olunan sənədlər son təqdim olunma tarixdə və vaxtda (23.07.21-ci il, saat 11:00) yalnız 1 (bir) şirkət tərəfindən satınalmaların “etender.gov.az” vahid internet portalında elektron formada təqdim edilmişdir.

Nəticədə sözügedən tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-4.2.-ci yarımmaddəsinin tələblərinə uyğun olaraq, qeyri-qənaətbəxş hesab edildiyindən verilmiş elanın ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə növbəti dəfə yenidən müvafiq qaydada elan veriləcəkdir.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun alətlər dəstinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (+99455) 455 31 30 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 2021-ci il 06 avqust saat 18:00-dək qəbul olunur.

Ünvan: Az1108, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 (4-cü mərtəbə 404-cü otaq).


23.07.2021-ci il tarixində keçirilmiş “Bakı Metropoliteni” QSC  üçün su və kanalizasiya xəttlərinin çəkilməsində istifadə olunan mal-materialın  “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “Caspian Klima Trading” MMC qalib gəlmiş, təşkilat ilə 23.07.2021-ci il tarixdə 274 706.41 manat (iki yüz yetmiş dörd min yeddi yüz altı manat  41  qəpik)  məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


14.06.2021-ci il tarixində keçirilmiş “Bakı Metropoliteni” QSC  üçün su və kanalizasiya xəttlərinin çəkilməsində istifadə olunan mal-materialın  “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “Caspian Klima Trading” MMC qalib gəlmiş, təşkilat ilə 23.07.2021-ci il tarixdə 274 706.41 manat (iki yüz yetmiş dörd min yeddi yüz altı manat  41  qəpik)  məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“AZƏRALÜMİNİUM” MMC tərəfindən 07  İyul  2021-ci il tarixində elan edilmiş  “300 ədəd Anod milinin polad ucluqlarının (GBLY781.7-1)”  satın alınması məqsədilə keçirilən təkliflər sorğusunda  iştirak üçün sənədlərin qəbul tarixi 28.07.2021-ci il saat 18:00 tarixinə dəyişdirilir. İddiaçıların təklifləri 29.07.2021-ci il saat 14:00 tarixində açılacaqdır.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji  Xidmət Mərkəzi tərəfindən 30 iyun 2021-ci il tarixdə “Tikili və avadanlıqların cari təmiri üzrə işlərin və malların satınalınması” üçün verilmiş açıq tender elanına aşağıdakı düzəliş edilir: Malgöndərənlərin (podratçıların)  1 və 2-ci bəndlərdə qeyd olunan sənədlərin təqdim edilmə vaxtı 03.08.2021-ci il saat 10:00 tarixə kimi, 3 və 4-cü bəndlərdə qeyd olunan sənədlərin təqdim edilmə vaxtı isə 11.08.2021-ci il  saat  10:00 tarixə kimi uzadılır. Tender təklifləri  12.08.2021-ci il tarixində saat 10:00-da elektron portal vasitəsilə açılacaqdır.


“Bakı Metropoliteni” QSC tərəfindən 11 iyun 2021-ci il  tarixdə Dövlət Satınalmalarının Vahid İnternet Portal vasitəsilə “Bakı Metropoliteni” QSC  üçün müxtəlif növ qaynaq çubuqları və qalayların satınalınmasına dair  “Açıq Tender” (Elektron) üsulu ilə müsabiqə keçirmiş və “UNİVERSAL PRO” MMC qalib elan olunmuşdur. Qalib ilə ƏDV daxil 234.268,65 (iki yüz otuz dörd min iki yüz altmış səkkiz manat, 65 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“Bakı Metropoliteni” QSC tərəfindən 10 iyun 2021-ci il  tarixdə Dövlət Satınalmalarının Vahid İnternet Portal vasitəsilə “Bakı Metropoliteni” QSC üçün müxtəlif növ akkumulyatorların satınalınmasına dair “Açıq Tender” (Elektron) üsulu ilə müsabiqə keçirmiş və “CASPİAN EQUİPMENT COMPANY” QSC qalib elan olunmuşdur. Qalib ilə ƏDV daxil 331.508.02 (üç yüz otuz  bir min beş yüz səkkiz manat 02 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “postgre sistemi üçün illik dəstək xidməti”nin satınalınması məqsədilə 17.06.2021-ci il tarixində Dövlət satınalmalarının vahid internet portalı olan https://www.etender.gov.az  internet səhifəsində və “Respublika” qəzetində elan olunan açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunun 50-4.2-ci maddəsinin tələblərinə əsasən ləğv edilmişdir.