Maraq  dünyamız
Maraqlı

Maraq  dünyamız

NASA rəhbərindən qəribə iddia: kainatdakıyadplanetlilər bir gün bizimlə təmasa girəcək

Uşaq vaxtlarından hamımızı belə bir sual maraqlandırır. Görəsən, başqa planet orada yaşayan insanlar, yaxud məxluqlar varmı? Bu barədə o qədər xəbər məlumat var ki, insan bilmir hansına inansın. Belə bir sual ortaya çıxır: Əgər yadplanetlilər varsa, niyə indiyə qədər bizimlə əlaqə qurmayıblar? Amma NASA rəhbərliyindən verilən məlumatda deyilir ki, yadplanetlilər bizimlə təmasa girə bilər.

NASA-nın rəhbəri Bill Nelson müsahibəsində kainatdakı mədəni canlıların yalnız insanlardan ibarət olmadığını, daha ağıllı məxluqların var olma ehtimalının yüksək olduğunu söyləyib.

ABŞ Müdafiə Nazirliyi Pentaqonun 2004-2021-ci illər arası hesabatına görə, yadplanetlilərin nəqliyyat vasitəsi UFO ilə bağlı qeydə alınan 144 hadisədən yalnız biri təsdiqlənib.

Başqa bir planetdəki ağıllı məxluqlardan hər hansı bir mesaj siqnallar alırıq. Bir gün onların bizimlə əlaqə quracağı zamanın gələcəyi şübhəsizdir”-deyə Nelson bildirib.

Yadplanetlilər yer üzündə mövcud olan 1715 ulduzun ətrafında fırlanırlar. Bu ulduzlar Yerdən 325 işıq ili məsafəsində mövcuddur. Elm adamları yadplanetlilərin hər tərəfdən dünyaya göz dikdiklərini təxmin edirlər. Mütəxəssislər bu məlumatları əldə etmək üçün ulduzlarla Yer arasında mübadilə olunan radio digər dalğaların növlərini təhlil ediblər. Onlar Lisa, Jackie, Gaia Kosmik Teleskopundan alınan məlumatla ulduzların 10.000 illik hərəkət simulyasiyasını hazırlayıblar. Bu simulyasiya ilə ulduzların ətrafında dövrə vuran yadplanetlilərin yer üzünə baxdıqları aşkar edilib. Alimlərin fərziyyələrinə görə, yadplanetlilərin bizdən daha güclü teleskoplarının olması radio dalğalarımızı tutma ehtimalı da yüksəkdir.

MəqaləFuturismveb saytında yayımlanıb.

 

Tezliklə insanlarısuper qəhrəmanedəcək gücə sahib peyvənd

Hər bir kəs həyatda inanılmaz bir fantastik gücə, yaxud müdrikliyə sahib olmaq arzusundadır. Ancaq bilirik ki, bu yalnız nağıllarda, cizgi filmlərində, ya da fantastik kinolarda gerçək ola bilər. Lakin bir genetika professoru bu yaxınlarda bizisuper qəhrəmanedə biləcək peyvəndin gələcəyini iddia edir. Bu o demək deyil ki, Şaktimaan kimi şeytanlarla mübarizə aparacağıq ya Supermen olub uça biləcəyik. Əslində, peyvəndin üstünlüyü bizi bir sıra xəstəliklərə tutulmamaq üçün qorumaqdan ibarət olacaq.

Stanford Universitetinin genetika professoru Euan Ashley yaxın gələcəkdə insanları Alzheimer ürək xəstəlikləri kimi problemlərdən qurtaransuper qəhrəmanpeyvəndinin hazırlanacağını söyləyib. Onun sözlərinə görə bu peyvənd sayəsində insanlar bir sıra ölümcül xəstəliklərdən qurtularaq uzun ömür sürə biləcəklər.

Tibb dünyasında möcüzəvi inqilab yarada biləcəkSuperheroadlı peyvənd, olimpiya idmançılarının bədənindəki ideal hüceyrələrdən hazırlanacaq. Bir sözlə, gen mühəndisliyi sayəsində insanların DNT-ləri dəyişdirilərək ömür boyu təhlükəli xəstəliklərə qarşı immunitet qazanması təmin ediləcək. Ancaq bu toxunulmazlıq hər bir insanın orqanizminə görə dəyişəcək bədəndə virus, yaxud bakteriya mutasiyasını belə təsirsiz hala gətirəcəkdir.

Professor peyvəndin təxminən 10-15 ilə hazırlanacağını söyləyib. Çünki mövcudCRİSPERgenetik redaktə texnologiyası ilə bağlı bir sıra yeni dəyişikliklər olacaq. Elm adamları insan genomunun mürəkkəbliyi, xəstəliklərin genetik cəhətdən qarışıqlığı baxımından daha geniş səviyyəli araşdırmalara ehtiyac olduğunu söyləyiblər.

MəlumatStudy findsveb saytında işıq üzü görüb.

 

Niyə kişilər qadınlardan çox riskə meyillidirlər?

Çoxlarımız həyatda hər hansı bir məqsədə çatmaq üçün müəyyən risklər edirik. Uduzmaq ehtimalı olması səbəbindən insanların çoxu riski sevmir. İlk əvvəl bəlkə əyləncəli, ya da rahat görünən risk, bəzən bizi uçuruma da sürükləyə bilər. Lakin risk, həmçinin udmaq şansıdır. Kişilər qadınlara nisbətən daha çox riskə meyilli olurlar. Bəs, bu, ilə bağlıdır?

SATƏM Universitetinin tədqiqatçıları kişilərin qadınların riskə münasibətini beyin tellərinin ritmləri ilə əlaqəli olduğunu söyləyirlər. Komanda beyindəki teta ritminin riskdə, şans qazanmaqda böyük rol oynadığını aşkar edib. Alimlər, beynin siqnalları ötürdükcə neyronların elektromaqnit sahəsi yaratdığını izah edirlər. Mütəxəssislər bu qənaətə elektroensefaloqrafiya metodu vasitəsilə gəliblər.

Elm adamları kişi qadınlarda beynin sağ, sol alın payında teta ritmlərinin gücünü risk almaq istəyi ilə əlaqələndiriblər. Sınaqlara cəlb edilmiş iştirakçıların beyinləri maqnitoensefaloqrafiya skanından istifadə edilərək analiz edilib kişilərin qadınlardan daha çox teta ritmlərinə sahib olduğu ortaya çıxıb. Teta ritmləri ilə yanaşı, tədqiqatçılar testosteron kimi hormonların da riskdə böyük rol oynadığını bildiriblər.

Qərarların potensial ölçülməsində yalnız gender fərqləri deyil, ətraf mühitin stimullarına qarşı duyğusal cavab vermə öz təsirini göstərir”-deyə aparıcı müəllif Maria Azanova qeyd edib.

MəqaləFrontiers in Neurosciencejurnalında dərc edilib.

 

Hörümçəklər özlərindən 30 dəfə böyük ilanı yeyə bilirlərmiş

Hörümçək qorxunuz varmı? Əgər varsa, yeni araşdırma səkkizayaqlı arxnidlərə qarşı qorxunuzu bir az da artıracaq. Amerika Birləşmiş Ştatları İsveçrədən olan tədqiqatçılar bu kiçik yırtıcı heyvanların əsir götürdükləri yüzlərlə ilanı yediklərini aşkar ediblər.

Planetimizdə çox sayda olan arxnid növlərinin içərisində ən təhlükəlisiqara duladı ilə tanınan hörümçəkdir. Hörümçək qeyri-adi görünüşü ilə məşhurdur. Bu növə ən çox Amerikada rast gəlinir. Bu qorxunc adı daşıma səbəbi isə öz partnyorunu öldürməsidir. Məşhur arxnidlər heyvanların sinir sistemini hədəfə alan, son dərəcə güclü, zəhərə sahibdirlər. Bu toksin ilanlarla yanaşı, insanlar üçün çox təhlükəlidir. Son dərəcə sərt davamlı iplikdən qurulan torları qurbağa, siçan, quş, ilan kimi böyük heyvanları tutacaq qədər böyükdür.

Tədqiqatın maraqlı məqamı isə 11 fərqli hörümçək növünün özündən 30 dəfə böyük ilanı yeməsidir.

Bu qədər fərqli hörümçək qrupunun böyük ilanları yeməsi yeni bir tapıntıdır. “Qara dulun xüsusi olaraq onurğalıların sinir sistemini hədəfə alması zəhərinin hansı komponentlərdən ibarət olmasını öyrənmək üçün daha çox araşdırmaya ehtiyac var. Tədqiqatımızın ən heyrətləndirici məqamlarından biri bu hörümçəklərin dünyanın ən zəhərli ilanlarından olan kobraları məğlub etməsidir” — deyə Basel Universitetinin professor Martin Nyffeler izah edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

Respublika”.