Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” MMC tərəfindən 05.05.2021-ci il tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq  tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi  həyata keçirilmiş və Lot-1 “Çap və çapdan sonrakı işlər üçün ofset malları”nın satın alınması üzrə “Halal-P” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


“Azərpambıq ASK” MMC tərəfindən texniki çiyidin daşınması xidmətinin satın alınmasına dair 26.05.2021-ci il tarixində elektron açıq tender proseduru keçirilmişdir.  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən keçirilmiş elektron açıq tender prosedurunun bütün tender təkliflərinin rədd edilməsinə qərar verilmişdir.


23.06.2021-ci il tarixində keçirilmiş  “Bakı Metropoliteni” QSC üçün Plastik boruların və plastik birləşdirici hissələrin Açıq Tender üsulu ilə satın alınmasına dair müsabiqədə “POLİMART” MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə 26.07.2021-ci il tarixində  müvafiq satınalma müqaviləsi imzalanmışdır.