TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 1 SAYLI BAKI ƏRAZİ İDARƏSİ

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə kompüter və kompüter avadanlıqlarının satın alınması.

Açıq tenderdə iddiaçı qismində kompüter və kompüter avadanlıqlarının təchizatı sahəsində müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak haqqı: 1000 (bir min) AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edilə bilər.

Emitent

Bankın adı

Kapital Bankın Nərimanov rayon filialı

Kodu: 200093

VÖEN Bank: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. Bik: AİİBAZ2X

Alan

DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi

Hesab №si: AZ53AİİB33040019443901777109

VÖEN: 1500067091

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı)

6. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri

7. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə)

8. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər

9. Müvafiq sahədə ixtisaslı işçi heyətinin mövcudluğunu təsdiq edən sənədlər

10. Tələb olunan malların ölkə üzrə satılması ilə bağlı müvafiq səlahiyyətlərə və yerli servis mərkəzinə malik olduğunu təsdiq edən sənədlər

11. Müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat

12. Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər

13. Tender təklifi. Təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır

14. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

Tender predmeti üzrə mallar (işlər və xidmətlər) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 30.12.2021-ci il tarixinə qədər təhvil verilməlidir.

Satınalma müqaviləsinin bağlanılması barədə qərar qiymətləndirmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə İddiaçılar tərəfindən təqdim olunan qiymət və digər meyarlar əsasında qəbul ediləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 23 avqust 2021-ci il tarixinə qədər (saat 11:00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 31 avqust 2021-ci il tarixinə qədər (saat 15:00-dək) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 01 sentyabr 2021-ci il tarixində (saat 11:00-da) açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.

Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.

Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar:

Kənan Əskərov - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Maliyyə şöbəsinin mühasibi (tel.: +99412 5140573, faks: +99412 5140194).

E-mail: [email protected]


Şamaxı Suvarma Sistemləri İdarəsi

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) LOT üzrə keçirilir.

Lot 1. Torpaq məcralı Dibarx kanalının (L=0.350 km) (işin davamı) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar Lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 50 (əlli) manat

Təşkilat: Şamaxı Suvarma Sistemləri İdarəsi

VÖEN: 8400088001

Bank: DXA

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesabı: 85 NABZ013360100000003003944

S.W.İ.F.T BİK: CTRE AZ 22

H/h:AZ14CTRE000000000000002352701

Müəssisə təsnifat kodu:142330

Büdcə səviyyə kodu: 7

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (zərflərin açıldığı tarixdən azı 60 (altmış) bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Əsas şərtlər toplusunda qeyd olunan müvafiq sənədlər

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır.

İddiaçılar Tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 24 avqust 2021-ci il saat 13:00-a qədər və tender təklifi və bank təminatı sənədlərini 01 sentyabr 2021-ci il saat 13:00-a qədər Portal vasitəsilə təqdim edilməlidirlər.

İddiaçıların təklifləri 02 sentyabr 2021-ci il saat 14:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır. İştirak haqqı heç bir halda geri qaytarılmır.


ƏDLİYYƏ NAZİRLİYİ PENİTENSİAR XİDMƏTİ 2021-ci İLDƏ “PENİTENSİAR XİDMƏT QURUMLARIN MÜHAFİZƏSİNİN DAHA ETİBARLI TƏMİN EDİLMƏSİ ÜÇÜN AVADANLIQLARIN” SATIN ALINMASI Məqsədilə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

“Penitensiar xidmət qurumların mühafizəsinin daha etibarlı təmin edilməsi üçün xüsusi avadanlıqların” satınalınması ilin sonunadək başa çatdırılmalıdır.

Təkliflər sorğusunda iştirak etmək üçün iddiaçılar təklif üzrə 400 (dörd yüz) manat məbləğində pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT CTREAZ22

Alanın adı: Ədliyyə Nazirliyi Penitensiar Xidməti

Alanın vöeni: 1700246911

Alanın hesabı:

AZ63CTRE00000000000002478501

D 3. Büdcə təsnifatının kodu: 142330

D 4. Büdcə səviyyəsinin kodu: 7 fond 7

Təyinat: depozit

İştirak haqqı heç bir halda ge

ri qaytarılmır.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar sorğuda iştirak etmək üçün Qanunun 28.1-ci maddəsinə uyğun olaraq aşağıdakı sənədləri təqdim edir.

1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət

2. Təkliflər sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Təklif (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Təklifin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanlarından arayış

6. İddiaçının son 1 ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7. İddiaçının son 1 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

İddiaçılar təkliflərini, bank təminatı və malgöndərən haqqında tələb edilən sənədləri imzalanmış və möhürlənmiş ikiqat zərfdə 16 avqust 2021-ci il saat 17:00-a Penitensiar xidmətin Nizami 114 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 avqust 2021-ci il saat 11:00 tarixdə açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada aparılacaqdır: köçürmə yolu ilə

Müqavilənin 2%-i həcmində bank təminatı tələb ediləcəkdir.

Təklif olunan qiymətlərdə malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər də daxil olmaqla göstərilməlidir.

Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər aşağıdakı tələblərə cavab verməlidir: keyfiyyətli olmalı, qiymət kotirovkalarında göstərilən mallara (işlər və xidmətlərə) tam şəkildə uyğun gəlməli, müvafiq standartlara cavab verməli və işlər vaxtında yerinə yetirilməlidir.


Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhər küçələrində yolların əsaslı təmiri işlərinin satınalınması üçün

AÇIQ TENDER ELAN EDIR

Lot üzrə. Ağsu şəhər küçələrində yolların əsaslı təmiri

işlərinin satınalınması Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar yaxud da asan imzalar vasitəsi ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: Lot üzrə - 500 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri :

TƏŞKİLAT: Ağsu rayon İcra Hakimiyyəti

HESAB: AZ04CTRE00000000000002512931

VÖEN: 3500019981

BANK: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: BİK CTREAZ22

Büdcə təsnifatı : 142330 Büdcə səviyyəsinin kodu : 7

İddiaçılar tenderdə iştİrak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər :

Təşkilati və hüquqi sənədlər:

-Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında Dövlət Vergi Xidmətindən arayış;

-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiq olunmuş surəti

-Təsdiq olunmuş rekvizitlər barədə məlumat

-Qeydiyyatdan keçdiyi ölkə

-Nizamnamə

-İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə Dövlət Statistika Komitəsindən arayış

İxtisas göstəriciləri:

-Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə Dövlət Vergi Xidmətindən arayış;

-Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Ədliyyə orqanından məlumat;

-Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçuların peşəkarlıq fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması ,yaxud onların müvafiq peşə fəaliyyəti ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə DİN və ya Asan Xidmət Mərkəzlərindən məlumatlar.

Tender təklifi:

-Qiymət təklifi bütün vergi və rüsumlar daxil olmaqla tender predmetinin tam həcmdə icrasını təmin etməlidir (Zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Qiymət təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilər. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə dair sənədləri 24.08.2021-ci il saat 12:00 tarixə qədər və tender təklifi və bank təminatı sənədlərini 01.09.2021-ci il saat 12:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 02.09.2021-ci il saat 12:00 tarixdə açılaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

İddiaçılar malların alınması ilə bağlı ödənilməli olan bütün vergi və rüsumları öz təkliflərində nəzərə almalıdırlar.

Tenderin qalibi komissiya tərəfindən bal sistemiüzrə təyin edilir və təkliflərin qiymətləndirilməsi zamanı ən aşağı qiymət, tender predmetinin icrasını qısa müddətdə yerinə yetirməyə, potensial texniki, maliyyə imkanlarına malik, təcrübəli İddiaçıya üstünlük veriləcəkdir.

Qeyd: Tenderdə iştirak, tenderdin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 03.08.2021-ci il saat 12:00 tarixindən sonra əldə edə bilərsiz.


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xidmətin tələbatı üçün müxtəlif avadanlığın satın alınması üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.

Müqaviləni yerinə yetirmək üçün  tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Portal vasitəsilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala və müsabiqə üzrə təkliflərini təqdim edə  bilərlər.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tələbatı üçün avadanlığın satın alınması:

İştirak haqqı:   1200 AZN

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T CTREAZ22

Adı: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

VÖEN: 1701344461

Hesab: AZ91CTRE00000000000004828501 

Büdcə gəlirinin təsnifatı kodu: 142330

Büdcə səviyyəsinin kodu fond: 7  

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar  tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4.Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

8.Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

9.Podratçının müəyyən etdiyi digər sənədlər

10.Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 18.08.2021-ci il saat 11:00 tarixə qədər, tender təklifi ilə bank təminatı sənədlərini 31.08.2021-ci il saat 11:00 tarixə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 01.09.2021-ci il saat 11:00 tarixdə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.