Kotirovka
Reklam və elanlar

Kotirovka

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Dənizçi MTK-nın balansında olan 2B binasının daxili tamamlanma işlərinin satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il avqustun 16-sı saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə  telefonu:

(012) 404-37-00, daxili: 1263.


“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yanğınsöndürmə sisteminə və təhlükəsizliklə bağlı digər sistemlərə texniki xidmətləri kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 012 404-41-22 telefon nömrəsi ilə (əlaqələndirici şəxs: Kamal Məmmədov) əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 18.08.2021-ci il saat 10:30 tarixinədək qəbul olunur.

Ünvan: H.Əliyev prospekti 137.


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Respublika Süni Mayalanma Mərkəzi 2021-ci il üçün xərclər smetasının İstehlak malları və materialların alınması bölməsində nəzərdə tutulan Tibbi uzunqol əlcək satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər www.etender.gov.az Dövlət satınalmaların vahid internet portalına elektron imza ilə daxil olmaqla və ya Göygöl rayon Firuzabad qəsəbəsində yerləşən Respublika Süni Mayalanma Mərkəzinə müraciət etməklə ətraflı məlumat ala bilər.

Əlaqələndirici şəxs: Mehdiyev Bayram

Tel: 022 20 5 53 14; 077 299 22 08.

Kotirofka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 17 avqust 2021-ci il saat 18-00-dan gec olmamaq şərti ilə Göygöl rayon Firuzabad qəsəbəsində yerləşən Mərkəzin ofisinə təqdim etməlidirlər. Sənədlər Azərbaycan dilində tərtib edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 18 avqust 2021-ci il saat 10-00-da açılacaqdır. İddaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar  üzrə Dövlət Agentliyi Bakı “ASAN xidmət” mərkəzləri və Gəncə, Sumqayıt regional  “ASAN xidmət” mərkəzləri üçün çap avadanlıqları (printer) kartriclərinin satınalınması ilə bağlı keçiriləcək təkliflər sorğusu üzrə ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş iddiaçılar tender təkliflərini və sənədlərini 19.08.2021-ci il tarixə qədər akademik Həsən Əliyev 36A ünvanına təqdim etməlidirlər.